Cümə axşamı , Avqust 5 2021
Ana səhifə / Siyasət / “Ərdoğanın hazırkı səfəri çox əhəmiyyətli və təqdirəlayiqdir”

“Ərdoğanın hazırkı səfəri çox əhəmiyyətli və təqdirəlayiqdir”

“Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan  Azərbaycan Respublikasına çoxdan gözlənilən səfəri baş tutub. Ərdoğan hazırda Bakıdadır, o  bugün Füziliyə, ordan  da Şuşaya səfər edəcək. Şuşada Türkiyə  və Azərbaycan arasında ikitərəfli və çoxmiqyaslı sazişin imzalanması və bir sıra vacib bəyanatların verilməsi gözlənilir. Aramızda həlli vacib olan gömrük, ticarət, daşımalarla bağlı problemlərin də çözülməsi bu səfərdən asılıdır”. 

Bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu bildirib.

“Ərdoğanın hazırkı  səfəri  işğaldan azad olunmuş Azərbaycan ərazilərində olan ilk xarici ölkə prezidenti kimi çox əhəmiyyətli və təqdirəlayiqdir. Bu səfər çərçivəsində Ərdoğanın Bakıda Türkiyə takımının oyununu izləməsi də ölkələrimiz arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edən futbol diplomatasiya kimi yüksək qiymətləndirilə bilər. Türkiyə komandasının qalib gəlməsi bu posesə  əlavə güc və enerji verə bilər. Türkiyəyə uğurlar!”, deyə Qubad İbadoğlu sonda vurğulayıb.

Həmçinin oxuyun

Eldəniz Səlimovun qaranlıq keçmişi: Xanbabayev onu necə yetişdirib?

Vəzifə borcunu yerinə yetirən polis əməkdaşına qarşı fiziki güc tətbiq edən sabiq deputat Eldəniz Səlimov …