Çərşənbə , Avqust 21 2019
Ana səhifə / Siyasət / Ərdoğandan Rza Zərrabla bağlı açıqlama – “O, atamın oğlu deyil, lakin…”

Ərdoğandan Rza Zərrabla bağlı açıqlama – “O, atamın oğlu deyil, lakin…”

“Rza Zərrab atamın oğlu deyil, lakin mənim bir vətəndaşımdır. Bir sözlə, dövlətlərin, rəhbərlərin vəzifəsi də öz vətəndaşlarının hüququnu qorumaqdır”.

“ Azinforum.az ” “Cnnturk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Reuters”ə açıqlamasında bildirib.

“Əgər Zərrabın günahı varsa, bunlar bizim Ədliyyə Nazirliyimizə də bildirilir və lazımi tədbirlər görülür. Amma heç nə olmadan bəzi şeylər uydurularaq insanlar saxlanılırsa, o zaman təbii ki, öz vətəndaşına sahib çıxmayan ölkə kimi anlaşılarsınız”, – deyə Ərdoğan vurğulayıb.

Türkiyə lideri ötən ay ABŞ-da saxlanılan “Halkbank”ın Beynəlxalq Bankçılıq üzrə məsul direktorunun müavini  Mehmet Hakan Atilla ilə də bağlı danışıb: “Hakan bəy bugünə qədər ABŞ-a 7 dəfə səfər edib.  Hər hansı bir hadisə olmadan son anda belə bir şeyin direktor müavinimizə qarşı tətbiq olunmağı burada bəzi pis niyyətli fikirlərin olduğunu göstərir. Biz burda da FETÖ ilə bağlı əlaqələrin olduğunu görürük. Bizim araşdırmalarımız bu istiqamətdədir”.

Xatırladaq ki, azərbaycanlı iş adamı, müğənni Ebru Gündeşin eks-əri Rza Zərrab ABŞ-ın İrana qarşı sanksiyalarını nəzərə almayaraq ticarət etmək, dövləti aldatmaq, bank hesabları ilə oynamaq, “çirkli pullar”ın yuyulması və digər maddələrlə Mayamidə həbs olunub.

Həmçinin oxuyun

İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib – QALMAQAL

Bir müddətdir, Respublikaçı Alternativ (ReAl) Partiyası ilə digər müxalifət partiyaları arasında qarşıdurma yaşanır. Səbəb isə …

Bir cavab yazın