Şənbə , Oktyabr 1 2022
Ana səhifə / Siyasət / Ərdoğandan İrəvana xəbərdarlıq: “Bu davranışın nəticələri olacaq”

Ərdoğandan İrəvana xəbərdarlıq: “Bu davranışın nəticələri olacaq”

Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalar zamanı şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm, yaralılara şəfa arzulayıram. Qardaşım Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan xalqına başsağlığı verirəm.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. O qeyd edib ki, Ermənistanın təxribatları qəbuledilməzdir.

“Hər zaman olduğu kimi, azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu bütün dünya bilməlidir”, – Ərdoğan vurğulayıb.

Ərdoğan bildirib ki, Ermənistan Qarabağ savaşından sonra imzalanan bəyanatın şərtlərini icra etmir, davamlı olaraq təcavüzkar davranış nümayiş etdirir. Əlbəttə, Ermənistan tərəfi üçün bu davranışın nəticələri olacaq.

“Ermənistanın bu səhv yoldan bir an əvvəl dönməsini, bəyanatın şərtlərini sürətlə icra etməsini, vaxtını və enerjisini sülhü gücləndirmək istiqamətində istifadə etməsini arzulayırıq”, – o qeyd edib.

Həmçinin oxuyun

Aqil Abbas şəhid Səbuhi Əhmədovun qardaşı ilə bağlı spikerə müraciət etdi

Deputat Aqil Abbas Milli Məclisin iclasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” …