Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Ərdoğan Türkiyədə yeni dövlət çevrilişi ehtimalından danışdı

Ərdoğan Türkiyədə yeni dövlət çevrilişi ehtimalından danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə yeni dövlət çevrilişinə cəhdin ola biləcəyini istisna etməyib və əlavə edib ki, indi hakimiyyət buna daha yaxşı hazır olacaq.

“Reuters” xəbər verir ki, prezidentin sözlərinə görə, yeni dövlət çevrilişi cəhdinin iştirakçılarına öz məqsədlərinə çatmaq çətin olacaq, çünki hakimiyyət indi daha ayıq-sayıqdır.

Ərdoğan qeyd edib ki, ölkə kəşfiyyatı qiyam ərəfəsində bir sıra xətalara yol verib.

“Aydındır ki, bizim kəşfiyyatda ciddi boşluqlar və çatışmazlıqlar olub, onları gizlətmək və ya inkar etmək mənasız olardı”, – deyə Türkiyə prezidenti əlavə edib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın