Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Siyasət / Ərdoğan: “Türk milləti bütün imkanları ilə Azərbaycanın yanındadır”

Ərdoğan: “Türk milləti bütün imkanları ilə Azərbaycanın yanındadır”

“Türkiyə “bir millət, iki dövlət” anlayışı ilə azərbaycanlı qardaşlarımızın həmrəyliyini gücləndirməyə davam edəcək”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Erməni xalqını onları fəlakətə aparan hökumətlərinə və onları bir kukla kimi oynadanlara qarşı çıxmağa, gələcəklərinə sahib çıxmağa dəvət edirəm. Bütün dünyaya işğala və zülmə qarşı verdikləri mübarizədə Azərbaycanın yanında olmağa çağırıram. 30 ilə yaxındır məsələyə etinasız yanaşan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri həll üçün fəaliyyətdən, təəssüf ki, çox uzaqdır. Ermənistan bölgədə sülh və sabitliyin önündəki ən böyük təhdid olduğunu növbəti dəfə göstərib. Türk milləti hər zaman olduğu kimi bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarımızın yanındadır”, – Türkiyə Prezidenti vurğulayıb.

Həmçinin oxuyun

Georgi Vanyan İlham Əliyevə və Nikol Paşinyana çağırış etdi

Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri, tanınmış erməni hüquq müdafiəçisi Georgi Vanyan Azərbaycan Prezidenti İlham Əliyevə …