Bazar ertəsi , İyun 24 2019
Ana səhifə / Siyasət / Ərdoğan Trampın çıxışı zamanı BMT-nin iclasını tərk etməyib

Ərdoğan Trampın çıxışı zamanı BMT-nin iclasını tərk etməyib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Tramp BMT Baş Assambleyasında çıxış edərkən iclas zalını tərk etməyib.

Bunu “Sabah” qəzetinin Nyu-Yorkda olan müxbiri Rahib Soylu “Twitter” səhifəsində yazıb.

O bildirib ki, Ərdoğan tribunaya çıxmaq üçün sadəcə digər otağa keçib.

*   *   *20:14

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Tramp çıxışa başlayanda BMT Baş Assambleyasının iclas zalından çıxıb.

Virtualaz.org bildirir ki, bu barədə The Star xəbər yayıb.

Plana uyğun olaraq sıxış edərkən türk liderinin Trampın əleyhinə danışacağı bildirilir.

Xatırladaq ki, daha əvvəl R.T.Ərdoqan ABŞ-ı Suriyada kürdləri dəstəkləməkdə ittiham edib. Ankara, həmçinin ABŞ-ın sanksiyalarına cavab verəcəyini bildirib.

 

Həmçinin oxuyun

İmamoğlunun mandatı nə zaman veriləcək? – YSK sədrindən rəsmi açıqlama

İstanbulda yenilənən bələdiyyə seçkilərində həbsxanalar və səyyar seçki məntəqələri daxil olmaqla 31 min 342 məntəqədə …