Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Siyasət / Ərdoğan: “Qardaşım İlham Əliyevlə NATO-nun sammitinə gedirik”

Ərdoğan: “Qardaşım İlham Əliyevlə NATO-nun sammitinə gedirik”

Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun sammitində iştirak edəcək.

AzərTAc bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bu axşam İlham qardaşım Brüsselə gedəcək, NATO zirvəsində, görüşlərdə iştirak edəcək. Mən də sabah səhər Brüsselə gedirəm. Orada istər xarici işlər nazirlərimiz, istərsə də biz bir arada olmaqla görüşlər keçirəcəyik. İstəyim NATO zirvə toplantısı ilə bağlı keçirəcəyimiz görüşlərdə də bəzi ortaq problemləri gündəmə gətirərək həll etməkdir”, – deyə Türkiyə Prezidenti Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxış edərkən vurğulayıb.

Həmçinin oxuyun

“Azərbaycanı dəstəkləyirik, Ermənistanla isə sadəcə qonşuyuq” – İran deputatı

İranda yaşayan erməni diasporunun fəaliyyəti Tehran ilə Bakı arasındakı münasibətlərə heç bir mənfi təsir göstərə …