Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Siyasət / Ərdoğan Putinlə telefon danışığının detallarını AÇIQLADI

Ərdoğan Putinlə telefon danışığının detallarını AÇIQLADI

“Bir əsrdir imperialistlərin oyun meydanına çevrilmiş bu qədim coğrafiyanın artıq məngənədən xilas olmaq vaxtı gəlib çatıb”.

Bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, 30 ildən çoxdur ki, azərbaycanlılar yaşadıqları Dağlıq Qarabağ və ətraf rayonlardan qovulublar:

“Buna baxmayaq, ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransa münaqişəni həll etmədilər. Hər iclasda danışdılar, sonra da çıxıb getdilər. Təbii ki, Azərbaycan da öz vətəndaşlarının təhlükəsizliyini qorumaq məcburiyyətindədir. Ermənistan hücum etdi, Azərbaycan da özünü müdafiə etdi”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığının detallarını da açıqlayıb.

Qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı V. Putinlə ətraflı fikir mübadiləsi aparıblar:

“Putinə dedim ki, istəsəniz gəlin Cənubi Qafqazdakı münaqişəyə birlikdə son qoyaq, bu münaqişəni birlikdə həll edək. Siz Ermənistanın Baş naziri Nikol Paşinyanla, mən də qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevlə danışım. Nümayəndələrinizi göndərin. Qərar verməliyik: münaqişəni həll edirikmi, ya etmirikmi. Bu işi birlikdə həll etmək məcburiyyətindəyik. Dedim mən səmimiyəm, sizin də səmimi olduğunuza inanıram. Qırmızı xətlərimizi də dedim. Qırmızı xətlərimiz keçilsə, atamızın oğlu belə olsa göz yummayacağıq” – deyə Ərdoğan vurğulayıb.

Ərdoğn bildirib ki, Azərbaycan işğal altında olan torpaqlarının ciddi bir hissəsini azad edib:

“İnanıram ki, Azərbaycan qısa müddət ərzində işğal altındakı digər ərazilərini də azad edəcək və azərbaycanlı qardaşlarımız öz doğma torpaqlarına geri qayıdacaq. İndiyə kimi Azərbaycanın yanında olduq, bundan sonra da Azərbaycanın yanında olacağıq. Zəfər Azərbaycanındır! Rəbbim yar və yardımçıları olsun”, – deyə Türkiyə Prezidenti qeyd edib. (APA)

Həmçinin oxuyun

Hələ sülh sazişi imzalanmayıb, ona görə… – POLİTOLOQ

Laçın ermənilər üçün həyati əhəmiyyətə malik ərazi idi. Laçının işğaldan azad edilməsi Qarabağ münaqişəsinin hərbi …