Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Ərdoğan Minsk Qrupunu acizlikdə suçladı

Ərdoğan Minsk Qrupunu acizlikdə suçladı

ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ probleminin həllində acizdir.

“Anadolu”nun məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan qeyd edib ki, ATƏT-in Minsk Qrupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində səyləri effektsizdir.

Türkiyə prezidenti deyib: “ATƏT-in Minsk Qrupuna üzv olan ölkələrin üçü də BMT Təhlükəsizlik Şurasının üzvləridirlər. Onlardan biri hər hansı problemin həllini istədikdə, digərləri veto hüququndan istifadə edir ki, bu da hər dəfə öz növbəsində münaqişənin həllinə əsas maneə yaradır”.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın