Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb. Onu Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə Prezidentini Azərbaycanın rəsmi şəxsləri yola salıb.
Xatırladaq ki, Ərdoğan iyunun 12-də I Avropa Oyunlarının açılış mərasimində iştirak edib. O, Bakıda Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putinlə görüşlər keçirib.