Cümə , Dekabr 8 2023
Ana səhifə / Siyasət / Ərdoğan Azərbaycandakı hərbçilərə dair qanunu TBMM-ə göndərdi

Ərdoğan Azərbaycandakı hərbçilərə dair qanunu TBMM-ə göndərdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı mandatının daha bir il uzadılması ilə bağlı qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərib.Ətraflı
Qanun layihəsində Azərbaycan Ordusunun sentyabrın 19-20-də Qarabağ bölgəsində keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazidəki qeyri-qanuni rejimin tamamilə ləğv olunduğu, amma Azərbaycanla Ermənistan arasında hələ yekun sülh sazişinin imzalanmadığı qeyd olunub.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin işi uğurla davam etdirilir: “Türkiyə bu mərkəz vasitəsilə də regionun təhlükəsizliyinə və tərəflər arasında etimad mühitinin yaranmasına töhfə verir”.

Sənəddə Türkiyə ordusunun mandatının noyabrın 17-dən etibarən daha bir il uzadılması vurğulanıb.

Qanun layihəsinin bu həftə TBMM-də müzakirə olunacağı gözlənilir.

Xatırladaq ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi ölkənin Silahlı Qüvvələrinə qoşunlarını bir il müddətinə Azərbaycana göndərmək səlahiyyəti verib.

2021 və 2022-ci illərin noyabrında Türkiyənin Azərbaycandakı hərbçilərinin fəaliyyət müddəti bir il uzadılıb.

Həmçinin oxuyun

Azərbaycanlı deputat Moskvada erməni həmkarına nə deyib? – “Ağlımıza gəlməzdi ki…”

Ermənistanın keçmiş vitse-spikeri Eduard Şarmazanovun illər əvvəl Rusiyada azərbaycanlı deputatlarla baş tutmuş görüşünə dair xatirəsi …