Ana səhifə / Siyasət / Ənvər Paşanın nəvəsi Azərbaycanın Türkiyədəki səfirliyindən şikayət etdi: “Cavab vermirlər”

Ənvər Paşanın nəvəsi Azərbaycanın Türkiyədəki səfirliyindən şikayət etdi: “Cavab vermirlər”

Azərbaycan mediasında Ənvər Paşanın şəxsi əşyalarının hərraca çıxarılması ilə bağlı xəbərlər yayılıb. Bununla bağlı Modern.az saytına Ənvər Paşanın nəvəsi Osman Mayatepek açıqlama verib.

O bildirib ki, məlumatın bu şəkildə getməsi doğru deyil.

“Bu satış gəlir üçün deyil. Ənvər Paşanın hərraca çıxarılan şəxsi əşyalarını mən özüm təqdim etmişəm. 90 ildir ki, bizim nəsil Ənvər Paşanın şəxsi əşyalarını qoruyur və 45 ildir ki bu məsələ mənim nəzarətim altındadır. Mən düşünürəm ki, Ənvər Paşa yalnız bizim nəslə aid deyil, bütün türk dünyasına aiddir.
Bunları nəzərə alaraq, Ənvər Paşanın mühafizə etdiyimiz şəxsi əşyalarını xalqla da paylaşmağı qərar verdim.

Ənvər Paşanın 5-6 əşyası satılıb. Burada qiymət simvolikdir. Babamın əşyalarını alan şəxslərin özlərinin şəxsi muzeyləri var və orada mühafizə olunacaq.

Mənim fikrimcə kiməsə pulsuz verilən əşyaya o qədər də dəyər verilmir. Ona görə də biz  düşündük ki, bu əşyaları çox ucuz qiymətə satışa çıxaraq.

Ənvər Paşa bütün Türk Dünyasına aid böyük şəxsiyyətdir. Ona görə ona məxsus əşyalar müzeylərdə, arxivlərdə saxlanılmalıdır. Türkiyədə buna start verdik”.

Osman Mayatəpək Azərbaycanın Türkiyədəki səfirliyinə də müraciət etdiyini, hətta Ənvər Paşanın şəxsi əşyalarının bir qismini Azərbaycan dövlətinə hədiyyə etməklə bağlı təklif irəli sürdüyün də söyləyib: “Mən səfirlə bir neçə dəfə tədbirlərdə ayaqüstü görüşmüşəm. Amma buna baxmayaraq, yazdığım məktuba cavab verilmir. Bu da məni çox qayğılandırır. Çünki babalarım, Ənvər Paşa və Nuru Paşa Azərbaycan sevdalısı olublar. Ona görə də babalarıma aid əşyaların bir qisminin də Azərbaycanda saxlanılmasının tərəfdarıyam. Təssüf edirəm ki, dəfələrlə müraciət etməyimə baxmayaraq, Azərbaycanın Türkiyədəki səfirliyi və səfiri mənə cavab vermir. Sizə dediklərini narazılıq, şikayət kimi qəbul edin”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın