Bazar , Noyabr 29 2020
Ana səhifə / Siyasət / Ən çox və ən az namizədlə seçkilərə qatılan PARTİYALAR

Ən çox və ən az namizədlə seçkilərə qatılan PARTİYALAR

Parlament seçkilərinə namizədlərin qeydə alınması müddəti yanvarın 16-dan başa çatıb. Artıq dünəndən deputatlığa namizədlər təbliğat kampaniyasına başlayıblar. 

Qeyd edək ki, seçkiyə qatılan namizədlərin bir qismi siyasi partiyaları təmsil edirlər.

Məlumata uyğun olaraq, siyahıda ilk yerdə Yeni Azərbaycan Partiyasıdır. Hakim partiyanın irəli sürdüyü 123 namizədin hamısı qeydə alınıb.

Müsavat Partiyasının məlumatına görə, partiyanın irəli sürdüyü namizədlərdən artıq 64 nəfəri qeydə alınıb. Bu namizədlər 60 dairə üzrə çıxış edirlər. Eyni dairədən birdən çox namizəd olan müsavatçı da var.

Ümid Partiyasının isə təsdiq olunan namizədlərindən dörddə biri qeydə alınıb. Belə ki, partiya seçkilərə 80-dən çox namizədlıə çıxış edib, onlardan 21 nəfəri qeydə alınıb.

Müasir Müsavat Partiyasından aldığımız məlumata görə isə seçkilərə qatılan 8 nəfər partiya üzvündən 5-i qeydə alınıb.

AĞ Partiyanın üzvlərindən isə imza vərəqlərini qaytaran 13 nəfərdən yalnız bir nəfər qeydə alınmayıb. Qalan 12 nəfərin namizədliyi qeydə alınıb. Partiya sədri Tural Abbaslı bildirib ki, həmin şəxsin qeydə alınmaması barədə MSK-ya şikayət ediləcək.

Parlament seçkilərində 30-ya yaxın namizədlə iştirak edən Azərbaycan Demokrat Partiyasından isə hələlik 10 nəfər qeydə alınıb.

Azərbaycan Milli İstiqlal Partiyası da seçkilərdə nisbətən az namizədlə çıxış edəcək. Partiyanın namizədliyi təsdiq olunan 16 nəfər üzvündən 9 nəfəri qeydə alınıb.

Nəhayət, Ana Vətən Partiyasından 62 nəfər müraciət edib ki, onlardan yalnız 14 nəfər qeydiyyatdan keçib. Modern.az

Həmçinin oxuyun

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyini izləsin” – Sabiq səfir

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyinə baxsın. Hər keçən gün daha …