Şənbə , Oktyabr 16 2021
Ana səhifə / Siyasət / Əliyev-Paşinyan görüşü – Bakının tələbi, İrəvanın istəyi

Əliyev-Paşinyan görüşü – Bakının tələbi, İrəvanın istəyi

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə hazır olduğunu bildirib.

Paşinyan bu barədə Vilnüsdəki erməni icmasının nümayəndələri ilə görüşündə deyib.

Qeyd edək ki, bundan əvvəl Prezident İlham Əliyev İspaniyanın EFE agentliyinə müsahibəsində Ermənistanın baş naziri Paşinyanla görüşə hazır olduğunu vurğulayıb.

Beləliklə, Azərbaycan prezidenti və Ermənistanın baş naziri görüşə hazır olduqlarını bildiriblər.

Onu da qeyd etmək lazımdır ki, Nikol Paşinyan görüşə Ermənistanın əlindəki bütün mina xəritələri ilə gələcəyinə söz verir, əvəzində İlham Əliyevin Bakıda saxlanılan bütün erməni terrorçuları özü ilə gətirməyini istəyir.

Politoloq Elxan Şahinoğlu deyir ki, tərəflərin görüşə hazır olmaları barədəki açıqlamaları ilə birinci addım atılıb: “Növbəti iki sual aktuallaşır. Birinci sual: Görüş hansı ölkədə keçiriləcək? İkinci sual: Görüşün əsas müzakirə mövzusu və ya mövzuları nə olacaq? Bu iki sual üzərində Minsk Qrupu həmsədrləri işləyəcəklər”.

Siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Paşinyanla görüşə erməni terrorçularını aparmaq praktiki olaraq, mümkünsüzdür:

“Nikol bunu ibarəli formada deyir: yəni məsələnin birdəfəlik həllini istəyir.

Erməni terrorçuların mina xəritələri ilə barter edilməsi Bakının strateji addımlarından biridir, lakin burada iki problemli məqam var:

•  1. Müharibədən sonra Qarabağda saxlanılanlar ermənilər arasında qətl törədənlər var: digərlərini nələrinsə qarşılığında təhvil vermək olar, lakin Azərbaycan əsgərini qətlə yetirən, mülki şəxsləri yaralayanlar istisnadır;

•  2. Ermənistanın verdiyi xəritələrin dəqiqliyi sual altındadır: indiyə qədər verilən xəritələrin yalnız 25 faizi doğru olub”.

Ekspert xatırladıb ki, rəsmi Bakı artıq minalanmış ərazilərin xəritələrini yox, basdırılmış minaların dəqiq yerlərini əks etdirən xəritələri tələb edir:

“Əliyev son müsahibəsində bunu açıqlamışdı. Azərbaycan Ermənistanın yekun sülh sazişi imzalayacağı təqdirdə, erməni terrorçuların hamısının qaytarılması məsələsi üzərində düşünə bilər”. /Modern.az

Həmçinin oxuyun

“Pis sülh, yoxsa yaxşı müharibə”: Bizim üçün hansı məqbuldur?

Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyinin(MDB) Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən son iclasında …