Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Əliyev Administrasiyası: “Dövlət radikal dini cərəyanların qarşısını alacaq”

Əliyev Administrasiyası: “Dövlət radikal dini cərəyanların qarşısını alacaq”

“Azərbaycan dövləti radikal dini cərəyanlara – istər vəhhabiliyə, istər radikal şiəliyə, istərsə də Fətullahçı Terror Təşkilatına qarşı ciddi mübarizə aparır. Artıq onlara ciddi zərbələr vurulub”.

APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov Mətbuat Şurasında “Azərbaycan mediası dini radikalizmə qarşı” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, FETÖ-nün Azərbaycandakı ruporu olan “Zaman” qəzeti və Fətullah Güləndən müsahibə alan telekanal haqda müvafiq tədbir görülüb: “Bu xətt davam edəcək. Azərbaycan dövlətində heç bir dini radikal cərəyana yer yoxdur”.

B. Həsənov qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra dünyaya inteqrasiya yolunu tutub: “Azərbaycan dövləti radikal dini cərəyanların qarşısını alacaq. Bunlara qarşı hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülür. Bu sahədə medianın üzərinə böyük yük düşür”.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın