Çərşənbə axşamı , İyul 27 2021
Ana səhifə / Siyasət / “Əlilliyə haqqı olan insanların haqqı tapdalanıb” – DEPUTAT

“Əlilliyə haqqı olan insanların haqqı tapdalanıb” – DEPUTAT

“Burada 31-60 heç də 3-cü kateqoriyaya, 61-80 ikinci kateqoriyaya aid olmadığı üçün bu qanunun tətbiqi zamanı problemlər əmələ gələcək. Əlillik ətrafında yaranan sosial narazılıqları aradan qaldırmaq üçün bir sıra əlavə dəyişikliklər də edilməlidir”. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Məclisin iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

“Əlilliyin müdafiəsinə dair qanunda işləməyən maddələr var. Bu qanun 3 ildir qəbul olunub. Bu qanunda işləməyən maddələri işlək hala salmaq üçün addımlar atılmalıdır. Əlillərin işlə təmin edilməsini, xüsusilə də hər cəhətdən borclu olduğumuz Qarabağ qazilərinin və şəhid ailələrinin işlə təmin edilməsini həyata keçirməliyik. Saxta əlilliklə bağlı rəqəmlər onu göstərir ki, nazirliyin özündə də bu məsələ ilə bağlı tam təfəkkür yoxdur. Saxta əlilliyi alanla bərabər saxta əlilliyi verənlə bağlı qanunda olan maddə də işləmir. Üçüncüsü, saxta əlillik ləğv olunan zaman xeyli əlilliyə haqqı olan insanların haqqı tapdalanıb. Bunun cavabını kim verəcək?!” – deyə millət vəkili bildirib.

Həmçinin oxuyun

Təbriz Musayev: “Ermənistan hər vasitə ilə xüsusilə Fransanın bölgədə hərbi iştirakını istəyir”

Rusiya mətbuatı sərhəddə baş verən hadisələrə görə Ermənistanı ittiham edib. Qeyd olunur ki, Ermənistanın bu …