Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Əlil Sahibkarlar Təşkilatı”etiraz etdi:”İlk belə aksiya deyil” -AÇIQLAMA 

“Əlil Sahibkarlar Təşkilatı”etiraz etdi:”İlk belə aksiya deyil” -AÇIQLAMA 

«Gəncə şəhərində yerləşən bəzi özəl klinikalar həftədə bir dəfə şəhid ailələrini və Qarabağ müharibəsi əlillərini pulsuz müayinə etməklə bağlı aksiyaya başlayıblar. Bu təqdirəlayiq hal olsa da, klinikaların birinin rəsmi saytında və bəzi xəbər portallarında bununla bağlı verilən məlumatlarda belə bir aksiyanın ölkəmizdə ilk dəfə keçirildiyi yazılmaqla çox böyük yalnışlığa yol verilib. Belə ki, Bu xeyriyyə aksiyası məlum saytlarda yazıldığı kimi ölkədə keçirilən ilk belə aksiya deyil.»

Bu sözləri  açıqlamasında “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin Beynəlxalq humanitaryardımlar şöbəsinin baş məsləhətçisi Samir İmanov deyib. Onun sözlərinə görə təmsil olunduğu təşkilat bu tip aksiyaya daha öncə başlayıb:
“Əlil Sahibkarlar Təşkilatı” İcitimai Birliyinin sədri Mirzə Məmmədvəliyevin və “Safadi” adına Beynəlxalq Diplomatiya Akademiyasının Beynəlxalq əlaqələr ürzə sülhməramlı səfiri Aleksandr Şapiro Sulimanın birgə təşkilatçılığı ilə ötən ilin iyulundan başlayaraq, bu günə kimi 900-dən artıq əlilliyi olan və imkansız şəxslər “Açıq Qapı” sağlamlıq xeyriyyə marafonu çərçivəsində Sumqayıt şəhrində yerləşən “Uğur” klinikasında və Bakı şəhərində yerləşən Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzində pulsuz, tam müayinədən keçiblər və bu xeyriyyə aksiyası silsilə olaraq davam etməkdədir. Layihə bütün ölkə ərazisini əhatə edir. Bununla bağlı təşkil edilən tədbirlər barəsində mütəmadi olaraq Kütləvi İnformasiya Vasitələrində və Sosial Şəbəkələrdə ictimaiyyətə geniş şəkildə məlumat verilir.Ümid edirik bu yalnışlıq sadəcə jurnalist səhlənkarlığının nəticəsidir və tezliklə düzəldiləcək.”

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın