Ana səhifə / Siyasət / “Əli və Nino” amerikalı tamaşaçıların qarşısında (FOTOLAR)

“Əli və Nino” amerikalı tamaşaçıların qarşısında (FOTOLAR)

Noyabrın 15-də Azərbaycan film tairixinin ən önəmli işlərindən olan “Əli və Nino” filminin Nyu Yorkun “Sunshine” kinoteatrında təqdimat keçirildi.      
Təqdimat mərasimində filmin yaradıcı heyətindən Əli rolunun ifaçısı Adam Bakri və filmin produseri iştirak etdilər.
Təqdimatda Azərbaycanın Amerikadaki fövqəladə və səlahiyyətli səfiri Elçin Suleymanov, Amerikada yaşayan azərbaycanlılar, türk, gürcü və yəhudi icmalarının üzvləri və digər qonaqlar iştirak etdi.
Baş rol ifaçısı Adam Bakri film haqqında düşüncələrini paylaşarkən əsərin çox gözəl və kədərli eşq hekayəsi olduğunu bildirdi və ssenarini oxuyarkən hekayədən çox təsirləndiyini, filmdə Əlini oynamaqdan böyük zövq aldığını və çəkilişlər sırasında ilk dəfə gəldiyi Azərbaycanı çox bəyəndiyini söylədi. Aktyor sonda tamaşaçıların filmi izləməkdən zövq alacaqlarına ümidvar olduğunu bildirdi.
Qeyd edək ki, “Əli və Nino” keçən əsrin əvvəllərində Bakıda yaşamış yazıçı Qurban Səidin eyni adlı dünyaca məşhur əsərinin motivləri əsasında çəkilib.
Yaradıcı heyətin əksəriyyətinin kino sahəsinde tanınmış xarici mütəxəsislər olduğu filmdə yerli sənətçilərdən Fəxrəddin Manafov, Mehriban Zəki, Qurban İsmayilov, Cümşüd Zeynalov, Pərviz Bağırov, Xumar Səlimova, Rasim Cəfər yer alıb.
P.S. Azərbaycan kino tarixinin ən yüksək büdcəli filmi özəlliyini daşıyan “Əli və Nino” çəkilişlərinə başlanandan iddiasi ilə kinosevərlərin maraqla və səbrsizliklə gözlədiyi bir ekran əsəri idi. Film bir neçə həftə öncə Bakıda tamaşaçıların ixtiyarına verildi və çox müxtəlif rəylərə səbəb oldu. Amma hər şeyə rəğmən Azərbaycanın yeni tarixindən bəhs edən bu çox önəmli əsəri okeanın bu tərəfində izləmək gözəl duyğudur. Ən azından filmi izləyənlərin Azərbaycan deyərkən gözlərini döyərək xəritədə göstərmənizi xahiş etmələrinə gərək qalmayacaq.











Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın