Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / Əli Mirəliyevdən daha bir şok: – “Dəfndən qayıdanda gördük ki…”

Əli Mirəliyevdən daha bir şok: – “Dəfndən qayıdanda gördük ki…”

Xalq artisti İlhamə Quliyevanın vəfatından sonra onun mirası ətrafında qalmaqal böyüyür. Mərhum sənətkarın yaxın qohumu, müğənni Əli Mirəliyev mirasın İlhamə Quliyevanın oğluna deyil, dövlətə qalacağını bəyan etsə də, xalq artistinin oğlu Orxan Nadirov bununla razılaşmayıb. Hətta Əli Mirəliyevə onların ailəsinin daxili işlərinə qarışmaması ilə bağlı xəbərdarlıq edib.

“ Azinforum.az ” xəbər verir ki, müğənni Əli Mirəliyev isə Cebhe.info-ya açıqlamasında İlhamə Quliyevanın miras məsələsindən yorulduğunu deyib: “Mən artıq bu məsələdən yorulmuşam. Siz jurnalistlər məgər görmədiniz ki, İlhamə xanım öləndə onun yanında kim var idi? Onun yanında mən, qızım və köməkçisi Fatma xanım vardı, vəssalam. Hətta prokuror içəri gələndə İlhamə xanımın oğlunu içəri buraxmırdılar. Saytlar yazır ki, guya ki, mənin onun malında gözüm var. Mən kiməm ki? Onun oğlu var, nəvəsi var. Yanan da mən, yaman da mən… İlhamə xanımın oğlu məni niyə ittiham etməlidir ki? Ondansa öləndə yanında olaydı da… Əlbəttə ki, hər kəs özünü müdafiə etmək üçün min cür söz deyəcək. Mən də çox şey deyirəm. Amma necə olur ki, İlhamə xanımın şəxsiyyət vəsiqəsi, ölüm kağızı və təcili yardım həkiminin rəyi mənim cibimdədir. İlhamə xanımı dəfn edib gəlib görürük ki, evin açarlarını dəyişiblər. Yaxşı iş görürlər bunlar?”

Əli Mirəliyev Orxan Nadirovun onun ünvanına sərt sözlər işlədilməsindən əsəbini də gizlətməyib:

“İlhamə xanım xəstə olanda taksi tutub dəfələrlə ona baş çəkməyə gedən mən idim. Özlərini maşını var, harda idilər, niyə analarının yanına gəlmirdilər? Niyə ora mən qızımla taksi ilə getməli idik? Utanmırlar, Allah yoxdur başlarının üstündə? Allah onlara qənim olacaq. İlhamə xanımın halal malını heç kim yeyə bilməz. Çünki halallıq yoxdur… İndi özlərinə haqq qazandırırlar. İlhamə xanım heç bir vəsiyyət yazmayıb. Heç kimə vəsiyyət eləməyib. Bunu mən dəqiq bilirəm. Ona görə də onun malına sahib olmaq üçün bunlar vəkil tutub özlərini müdafiə edirlər. Fakt odur ki, İlhamə xanımın həmişə yanında mən, qızım, köməkçisi Fatma və qaynım Eldar İsmayılov olub. Orxan indi asanlıqla necə deyə bilər ki, Əli müəllim kimdir ki? İlhamə xanım öləndə morqda dayanan mən olmuşam. Özgə adam üçün qapını neçə açarlar? Ölən günü mənə qapını niyə açırdılar bəs? Orxan nə istəyirsə desin, o anda orda o yox idi” .

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın