Çərşənbə axşamı , Noyabr 12 2019
Ana səhifə / Siyasət / Əli Kərimli Navalni yolunu gedir

Əli Kərimli Navalni yolunu gedir

Əli Kərimli Navalni yolunu gedir. Bu açıq şəkildə görünür. Ötən ay Rusiyada Moskva Dumaslna və bier neçə quberniyad aseçkilər keçirildi. Orada bəzi namizədlərin qeydə alınmaması ilə bağlı aksiyalar keçirildi və müxalifət şəhərin mərkəzini isətdi, yəni icazəli yerlərə getmədi. Nəticədə Moskvanın mərkəzində mitinqlər keçirildi, insanlar həbs olundu, bir neçə gən cə 2 ildən artıq cəzalar verildi. İndi də belə bir proses getmirmi?

Hər bir etirazın fəlsəfəsində davam edən, razı olmadığın proseslərə fikir bildirmək niyyəti durur. Bütün dünayada formalaşmış və qəbul olunmuş bir norma var ki, siyasi qrupların etirazları müəyən proseslər öncəsi, ərəfəsi iqtisadi, sosial və ya siyasi sifariş əsasında keçirilir. Yəni məntiqi olaraq davam edən proseslərə daxili sifariş əsasında etiraz edirlər. Azərbaycanda isə bu proses, bir qaragürüh qrupun monopoliyasında, zaman zaman kənar təsirlərdən hərəkətə gələn bir prosesdir. Məsələn, Ukrainada narinci inqlab olanda narincı bürünüb eriraz edir, Gürcüstanda qızılgül inqlabı olanda əllərinə qızılğül alıb etiraz edir, Türkiyədə qadına qarşı zorakılıq etirazı gedəndə bizimkilər gender bərabərliyi əsasında etirazlar təşkil edir, Yaxın Şərqdə islam təmayüllü inqilablar baş verəndə belə bizdə bundan da ilhamlanıb, eynisini yamsılamağa cəhd edirlər.Yəni kənarda baş verən etirazların imitasiyası gedir. Eyni ilə prosesi imitasiya olunduğu kimi simaları da yamsılanır, məsələn bloger Əli Kərimli hər prosesdə özünü bir xarici etiraz liderinə oxşatmağa çalışır. Məsələn, elə, haqqında danışdığımız Navalnıy kimi, ancaq məsələ ondadır ki, Navalnıy və qrupunun alətləri söyüşkən rus cəmiyyəti üçün uğurlu olsa da Azərbaycanda isə əksinə bu qruplara nifrət gətirir.

2) 28 sentyarba icazə verildi, getmədilər, piket keçridilər, indi də 19 oktyabra icazə verilib, yenə getmirlər və hətta 28 may metrosunun çıxışçında icazəsiz aksiya keçirəcəklərini bildirirlər. Əli Kərimli şəxsən özünün çıxacağını deyir. Nə baş verir? O gəncləri, insanları tutdurmaq tajktiaksını, ölkə daxilini qarışdırmaq taktikasını seçib? Bu suala cavab verməmişdən öncə bu etiraz təşəbbüsünün mahiyyəti sıravi vətəndaşımıza aydın olsun deyə bir giriş etmək istəyirəm. Keçən həftə Aşğabada MBD ölkələri rəhbərlərinin qapalı iclası , Bakıda Türkdilli ölkələrin Şurası toplaşdı. Bu görüşlər regionda gedən proseslərin üzdə görünən tərəfləridir. Bu görüşləri şərtləndirən mühüm məqamlar var. Diqqət etdinizsə bu proseslərdə Azərbaycanın yeri və mərkəzi rolu, ən əsası isə Ermənistanin hansı səviyyədə qısnanması aydın gözə çarpdı. Türkiyənin “Barış Pinarı” sülh əməliyyatı və bu əməliyyatın regionumuza necə təsiri olması haqqında isə geniş danışmağa fikirimcə ümümuyyətlə ehtiyac yoxdur. Çünki bu əməliyyatlar regionun strateji nəqliyyat və tranzit roluna bir başa təsir edən məsələlərdir. İndi sual yaranır regionda kənar maraqların bu qədər qabarıq konfrantasiyası kimi həssas bir dönəmdə, proseslərin mərkəzində olan Azərbaycanın paytaxtında müxalifət etiraz üçün icazəli yer olduğu halda, mərkəzdə icazəsiz aksiya keçirib, qarşıdurma və çaxnaşma görüntüsü verməkdə Azərbaycanla bağlı hansı mesajı ötürməyə çalışır ? Və ən əsası belə görüntü verilsin sifarişi onlara hardan gəlmişdir ?

3. Rusiyada aksiyalarda Qərbin diqqətini çəkmək mümkün oldu. Hətta Moskvanın mərkəzində icazə almağa nail oldular, indi necə? Milli Şura Qərbin diqqətini çəkə biləcəkmi? Ən əsası, şəhərin mərkəzində Rusiya müxalifəti kimi icazə ola biləckmi? – Qərb dediyimiz təsisat monolit bir təsis deyil. Qərb müxtəlif dairələrdən ( dövlət, təşkilat və s.) və bu dairələrdə müxtəlif maraqlara xidmət edən qruplardan ( siyasi, iqtisadi lobbi qrupları və s.) ibarətdir. Ancaq Qərb adlandırdığımız, AB, ABŞ- təsisatın bəlli ünvanları , siyasi, təhkükəsizlik mərkəzləri Azərbaycan hakimiyyətini də, müxalifətini də yaxşı tanıyır. Detallara varmadan bir məqamı qeyd etmək istəyirəm : son iki ildə AB nin kiber təhlükəsizlik institutları AB-də və maraq dairəsinə daxil olan regionlarda sosial media üzərindən hibrid alətlərlə aparılan informasiya müharibələrinə aid qapalı və açıq hesabatlar hazırladılar . Bu hesabatlarda, Cənubi Qafqaz ölkələrindən Azərbaycanla bağlı ölkədəki nüfuz agentlərinin(müxalifət liderləri, müstəqil, siyasi, ictimai simalar və s.) sosial media üzərindən təbliğatında kənar qüvvələrin, xarici xüsusi xidmət orqanlarının kiber təsisatlarının iştirakı haqqında informasiyalar var. Bununla yekunlaşdıraraq onu demək istəyirəm ki, Qərb adlandırdığımız, ünvanı bəlli olan təsisatları, siaysi, iqtisadi, təhkükəsizlik mərkəzləri Azərbaycan müxalifətini tanıyır və onun kənar əlaqələrinin hansı səviyyədə olmasını bilir. Azərbaycanda məhz bu müxalifətin etirazlarla diqqətini çəkməyə çalışdığı dairələr ünvanı, məaramı aydın bəlli olmayan, antiAzərbaycan suaraqat təsisatlardır.

Yeganə Hacıyeva, politoloq

Həmçinin oxuyun

Etibar Məmmədov 20 yanvarla bağlı daha bir sirri açdı: “Primakov bizə dedi ki, ordu Bakıya yox, Qarabağa gedir”

“Sabiq prezident Ayaz Mütəllibov deyir ki, Yevgeni Primakov 1990-cı ilin yanvarında Bakıya qoşunların girəcəyi barədə …