Cümə , Yanvar 22 2021
Ana səhifə / Siyasət / Əli Kərimli: “Məğlub olan düşmən gücünü dinc əhalini qətliama məruz qoymaqla göstərmək istəyir”

Əli Kərimli: “Məğlub olan düşmən gücünü dinc əhalini qətliama məruz qoymaqla göstərmək istəyir”

“Terrorçu Ermənistanın bu gün Bərdədə törətdiyi cinayət nəticəsində indiyədək olan məlumata görə, 21 nəfər dinc sakinimiz həlak olub, 70 nəfərədək yaralı var. Xeyli avtomobil yanıb, dağılıb, mülki obyektlərə ziyan dəyib. Allahdan həlak olanlara rəhmət, yaralılarımıza şəfa diləyirik. Budur işğalçı Ermənistanın mahiyyəti”.

Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyib.

Ə.Kərimli bildirib ki, döyüş meydanında qəhrəman ordumuza məğlub olan düşmən gücünü dinc, mülki əhalini qətliama məruz qoymaqla göstərmək istəyir: “İnanırıq ki, bununnda cavabını qəhrəman ordumuz tərəfindən döyüş meydanında alacaq”.

Həmçinin oxuyun

Baydendən ilk tələb: “Əliyev və Ərdoğana qarşı sanksiya…” (VİDEO)

Qarabağ müharibəsində böyük itkilər verərək məğlub olan Ermənistan Co Bayden Prezident kimi fəaliyyətinə başlayar-başlamaz Amerikadakı …