Çərşənbə , May 22 2019
Ana səhifə / Siyasət / Əli Kərimli daxilən diktatordur – Partiya sədri yazır

Əli Kərimli daxilən diktatordur – Partiya sədri yazır

Son günlər Əli Kərimli ətrafında baş verənlər cəmiyyətin diqqət mərkəzindədir. 500 minə yaxın pul və cəbhəçilərin həbsi yenidən onu gündəmə gətirib. Olayla bağlı AXCP sədri Razi Nurullayev də məsələyə bir yazı ilə münasibət bidirib. AzVision.az həmin yazını olduğu kimi təqdim edir:
“Nə həyatda, nə də siyasətdə özünə rəva görmədiyini gərək başqasına etməyəsən və arzulamayasan. 28 ildir ki, “Yurd” sədri Əli Kərimli özünə rəva görmədyini, özünə arzulamadığını hər kəsə rəva görür və arzulayır. Elə bilir ki, hər bəlağətli çıxışına, özündən yaratdığı əzabkeş obrazına da hamı inanır və onun problemi bundan ibarətdir. Əslində, çox az adam onun əzabkeş obrazına, çox az adam onun apardığı 30 illik uğursuz siyasətə inanır, çox az adam onun xalqın əsas kütləsi kimi beş-on manata yaşadığına inanır. Özü normal bir həyat yaşasa da, ona inananların normal həyatı yoxdur. Özü işləməyib dolansa da, ətrafında qalan aldanmış cəbhəçilər dolana bilmir. Siyasi həyatını başqalarını ən sərt tənqidlər üzərində quran adam, tənqidlərə dözmür. Az qala hər kəsi rüşvət və korrupsiyada ittiham edən adam, özünün qeyri-şəffaf maliyyə fırıldaqlarında batdığını nə görmək, nə də eşitmək istəyir.

Mən “Yurd” təşkilatından (AXCP deyə bilmərəm, çünki onun təşkiltında Əbülfəz Elçibəy ruhundan, əqidəsindən, düzlüyündən, xalq adamı olmağından əsər-əlamət belə yoxdur. AXCP-ni bu gün biz yaşadırıq və təbii ki, yaşatmaqda da davam edəcəyik) çıxandan sonra çox məsələləri dedim. Dedim ki, Əli Kərimli daxilən diktatordur, partiyada daxili diktatura hökm sürür, tənqidə dözümlülüyü sıfırın altındadır, şəxsiyyətə pərəstiş yaradıb və partiyada nə nizamnamə, nə də maliyyə şəffaflığı var. Maliyyə necə gəlir, necə gedir, kim verir, nə qədər verir, özündən başqa heç kimə məlum deyil. Heç bir partiya maliyyəsiz fəaliyyət göstərə bilməz. Hər bir partiyanın maliyyə almağa və cəlb etməyə hüququ var. Amma gərək partiya daxilində şəffaflıq olsun, sədr paylaşmağı bacarsın, şəraitin və qanunların verdiyi imkan daxilində maksimum şəffaflıq yaratmaq üçün səylər göstərsin. Bunlar isə Əli Kərimli olan yerdə mümkün deyil. Mən bunu gözümlə görmüşəm, öz üzərimdə sınaqdan keçirmişəm.

Çox təəssüf edirəm ki, hər ay, hər il daha çox vətəndaşlarımız onun qurbanına çevrilir. Yarım milyon dollara yaxın vəsaitin qeyri-şəffaf şəkildə əldə edilməsi və sərfi görün neçə insanın həbsə düşməsinə səbəb oldu. Gədəbəyin keçmiş icra başçısı olmuş və hər kəsin hörmətlə yanaşdığı bir şəxsin dost deyib inandığı Əli Kərimlinin toruna düşməsi təəssüf doğurur. Cəbhədaşımızın belə bir tale yaşaması bizi çox üzür və ona tezliklə azadlıq arzulayırıq.

Gənc fəal Ruslan Nəsirliyə belə acıyıram. O cavandır və hələ də həqiqətləri dərk etməyə bilik və bacarığı, həyat təcrübəsi çatmır. Əli Kərimli onu da mənim yanıma “şpionluq” etməyə göndərmişdi, amma əliboş geri qayıtdı. Bu gəncə və digər həbs edilənlərə də acıyır və onların düşdüyü bu vəziyyətə üzülürəm. Axı siz niyə özünüzə rəva görürsünüz ki, 30 il uğursuz bir siyasət aparanın yanında yer alasınız? Məgər görmürsünüz ki, siyasət onun üçün bitib, xalq üçün o, ölüb? Onun mübarizəsi siyasi qısasçılıqdır. Bu isə hər kəs üçün çox təhlükəlidir.

Məgər görmürsünüz ki, o, ancaq və ancaq özünü düşünür və özü üçün çalışır? Insanları elə sürətlə xərcləyir ki, dərya ola bitər. Görün nə qədər insanı xərcləyib. Hanı Seymur Həzi? Heç onun adı çəkilir? Yox. Niyə? Çünki Seymur, sözünü deyəndir, iddialıdır, hesab sorandır və özü kimsənin kölgəsi olmadan durmağı bacarandır. Ona isə belə adamlar lazım deyil, ona o adamlar lazımdır ki, onun önündə baş əysinlər, onu tərifləsinlər, hər cümlələrində onun adını çəksinlər, artıq sual verməsinlər, pulun mənbəyini soruşmasınlar, qısası müti qul olsunlar. Fuad Qəhrəmanlı da unudulub. Çünki, o da iddialıdır, hesab sorandır və özü ayaq üstə dayanmağı bacarandır. İnsanlar onun üçün ona birmənalı boyun əyib qul olmağı üzərinə götürənə qədərdir. Başını qaldır, qılıncını çəkib boynunu vuracaq. Onu belə edən də ona müti olaraq boyun əyənlərdir.

Sizə monstr lazımdırmı? Bilin ki, yetişməyinə kömək etdiyiniz monstr elə birinci sizləri udacaq”.

Həmçinin oxuyun

Zərdüşt Əlizadə: “Rusiyanın yeni ekspansiyalar üçün qüvvəsi qalmayıb”

Estoniyanın müdafiə naziri Rusiyanın qərb sərhədlərinə böyük hərbi qüvvələr cəmləşdirdiyi ilə bağlı açıqlama verib. Ölkəsinin  …