Şənbə , Noyabr 28 2020
Ana səhifə / Siyasət / Əli Kərimli bu gün məhkəməyə çıxarılacaq

Əli Kərimli bu gün məhkəməyə çıxarılacaq

Noyabrın 17-i saat 15 radələrində Dirçəliş günü ilə bağlı Şəhidlər Xiyabanına yürüş edən 60-70 nəfər AXCP üzvü ilə polis əməkdaşları arasında qarşıdurma yaranıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, nəticədə 52 nəfər saxlanılaraq Səbail Rayon Polis İdarəsinə aparılıb. Orada izahatı alındıqdan sonra 41 nəfər, o cümlədən Cəmil Həsənli sərbəst buraxılıb.

Saxlanılan 11 nəfər İnzibati Xətalar Məcəlləsinin 513.2-ci (“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə) maddəsi ilə ittiham olunub. Onlarla bağlı bu gün Səbail Rayon Məhkəməsində qərar veriləcək.

Saxlanılanlar arasında AXCP sədri Əli Kərimli də var. O, iki maddə üzrə ittiham olunur.

Ə. Kərimli İnzibati Xətalar Məcəlləsinin 513.2-ci və 513.1-ci ( Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə) maddələri ilə ittiham edilir. O da bu gün məhkəmə qarşısına çıxarılacaq.

Qeyd edək ki, bu maddələr üzrə ittiham olunan şəxslərin təqsiri məhkəmədə sübuta yetirilərsə, onları pul cəzası, ictimai işlərə cəlb etmə və ya 2 ay müddətinə inzibati həbs cəzası gözləyir.

Həmçinin oxuyun

Moldovalı ombudsman: “Ermənilər insan deyillər, işğalçıdırlar, vəhşidirlər” – Video

“İşğal altında saxladıqları Azərbaycan ərazilərini tərk edən erməni separatçıları evləri yandırır, əmlakı məhv edir, ev …