Cümə axşamı , Avqust 5 2021
Ana səhifə / Siyasət / Əli Kərimli: “Azərbaycan baxımından əldə olunan nəticələr çox pozitivdir”

Əli Kərimli: “Azərbaycan baxımından əldə olunan nəticələr çox pozitivdir”

“Təxminimiz özünü doğrultdu. Ərdoğan-Bayden görüşü çox yaxşı keçdi. İlk açıqlama Baydendən gəldi. “Ərdoğanla çox yaxşı görüş keçirdik” dedi. Ərdoğan isə görüşdən sonrakı mətbuat konfransında “hörmətli Baydenlə son dərəcə yararlı və səmimi bir görüş oldu” dedi. Ərdoğan Baydeni köhnə dost, ABŞ-ı isə müttəfiq, strateji tərəfdaş adlandırdı. Ən vacibi isə Türkiyə prezidenti Ərdoğan “ABŞ-la aramızda həll olunmayacaq məsələ yoxdur” dedi. Beləliklə, ABŞ-Türkiyə müttəfiqliyi daha da güclənəcək”.

Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyib.

Ə.Kərimli bildirib ki, ABŞ-la münasibətlərin yaxşılaşması Türkiyəni hərbi, siyasi və iqtisadi baxımdan daha da gücləndirəcək: “Həm dünya miqyasında, həm də regionumuzda qardaş ölkənin nüfuzu daha da artacaq. ABŞ prezidenti Bayden Türkiyə ilə münasibətləri yoluna qoymaqla Türkiyənin nüfuzlu olduğu böyük bir coğrafiyada ABŞ-ın və bütövlükdə Qərbin mövqeyini daha da gücləndirdi. Böyük yeddilər sammiti, ABŞ-AB sammiti, NATO sammiti və Türkiyə prezidenti ilə ayrıca görüş dünyanın demokratik düşərgəsinin yenidən toparlanmasına səbəb olacaq. Azərbaycan baxımından bu gün əldə olunan nəticələr çox pozitivdir. ABŞ liderliyində Türkiyənin də daxil olduğu böyük Qərb Cənubi Qafqazda daha da fəallaşacaq. Rusiyanın regiondakı mövqeyi zəifləyəcək. Azərbaycanın hazırkı əsas müttəfiqi olan qardaş Türkiyənin mövqeyi daha da güclənəcək. Azərbaycanın Qərbə açılımı və ərazi bütövlüyünün də gerçək təmin olunması üçün tarixi fürsətlər yaranacaq”.

Həmçinin oxuyun

Eldəniz Səlimovun qaranlıq keçmişi: Xanbabayev onu necə yetişdirib?

Vəzifə borcunu yerinə yetirən polis əməkdaşına qarşı fiziki güc tətbiq edən sabiq deputat Eldəniz Səlimov …