Cümə , Fevral 23 2024
Ana səhifə / Siyasət / Əli İnsanova göndərilən məktuba reaksiyalar

Əli İnsanova göndərilən məktuba reaksiyalar

Toğrul Babayev: “Yaqlandın məktubu şəxsən onun özünə göndərilib”

Avropa Şurasının baş katibi Torbörn Yaqlandın 12 ildir həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanova göndərdiyi məktub müzakirələr doğurub. Noyabrın 14-də kasasiya şikayətinə baxılacaq Ə.İnsanovun məhkəmə öncəsi aldığı məktubun azadlığa çıxmaq üçün qarşısında “yaşıl işıq” yandıra biləcəyi deyilir.

Ə.İnsanovun vəkili Toğrul Babayev onunla görüşüb: “Əli İnsanovun səhhətində heç bir problem yoxdur. Yaqlandın məktubu şəxsən onun özünə göndərilib. Noyabrın 14-dəki məhkəməyə bu məktubun necə təsir edəcəyi barədə heç nə deyə bilmərəm. Görüş zamanı elə bir sözü – filanı olmadı”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev Azərbaycan hakimiyyəti ilə bu tonda danışığın əleyhinədir: “Hər zaman deyirəm ki, mən bütün məhbusların azadlığa çıxmasının tərəfdarıyam, özüm də məhbus həyatı yaşadığıma görə. Amma hakimiyyət orqanları ilə hədə ilə danışmağı doğru saymıram. Bir də məhkəmələrimizə təsir etməyi normal qəbul etmirəm. Avropada demokratiyanın əsas prinsiplərindən biri də məhkəmə hakimiyyətinin sərbəst tanınması, məhkəmə qərarlarına hörmətlə yanaşılmasıdır. Yaqland daim Azərbaycana qarşı qərəzli münasibəti, bəyanatları ilə seçilir. Müəyyən qətnamələrin qəbul olunmasında da mühüm rol oynayır. Hesab edirəm ki, Əli İnsanovla bağlı hər hansı bir qərar olacaqsa, bu, göndərilən məktuba və edilən hər hansı bir təzyiqlərə görə olmayacaq. Azərbaycan rəhbərliyi dövlət maraqlarımızdan çıxış edərək, hər hansı bir qərara gələ bilər. Heç bir halda dövlətimiz təzyiqlər qarşısında addım atmır”.

Qərbi Azərbaycandan olan Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev 2018-ci ildəki prezident seçkilərinə qədər İnsanovun azadlığa buraxılacağına inanmır: “Əli İnsanova hər kəs bilir ki, 11 illik cəzasının ardından qanunsuz şəkildə 7 il yarım cəza verilib. Bu müddət ərzində Avropa Şurası, Avropa İnsan Haqları Məhkəməsi kimi beynəlxalq qurumlar onun məsələsini diqqətdə saxlayıblar. Yaqland tərəfindən göndərilən bu məktub da dəstəyin ifadəsidir”.

Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il müddətinə həbs edilib.

2016-cı ilin oktyabrında İnsanovun həbs müddətinin bitməsinə 56 gün qalmış ona qarşı Cinayət Məcəlləsinin 234.1, 315.2 və 317-2.1-ci maddələri ilə yeni ittihamlar irəli sürülüb.

2016-cı il oktyabrın 11-də məhkəmə keçmiş nazirin həbs edilməsi haqqında qərar çıxarıb. Bu ilin aprelində o, 7 il yarım azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

“Qərb istəyir ki, Ermənistan süverenliyini itirsin” – Zərdüşt Əlizadə

“Ermənistanla müqayisədə Azərbaycanın imkanları, əhalisinin sayı, ərazisi, təbii sərvətləri, ordusunun gücü qat-qat üstündür. Bu ölkə …