Şənbə , Noyabr 28 2020
Ana səhifə / Siyasət / ƏLİ İNSANOV NƏRGİZ YAQUBLUNUN MƏZARINI ZİYARƏT EDİB – Foto

ƏLİ İNSANOV NƏRGİZ YAQUBLUNUN MƏZARINI ZİYARƏT EDİB – Foto

Bu gün prezident İlham Əliyevin 16 mart tarixli əfv sərəncamı ilə azadlığa buraxılmış sabiq səhiyyə naziri Əli İnsanov keçmiş məhkum yoldaşları ilə bir araya gəlib.  Bununla bağlı məlumatı vaxtilə Əli İnsanovla bir cəzaçəkmə müəssisəsində saxlanılmış jurnalist Pərviz Həşimli yayıb.

O,  öz sosial şəbəkə hesabından yaydığı məlumatda bildirib ki,  bu gün 13 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılmış keçmiş məhkumlar Pərviz Həşimli, Tofiq Yaqublu, Fərəc Kərimli, İlkin Rüstəmzadə, Əbdul Əbilov sabiq nazirlə görüşüblər.

150423141934_nigar_yagublu_624x351_azizkarimov

Əli İnsanovun keçmiş məhkum yoldaşları ilə bir araya gəlməsinin səbəbi Müsavat Partiyası başqanının sabiq müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublunun məzarını ziyarət etməsi olub.

Xatırladaq ki, hepatit xəstəliyindən əziyyət çəkən Nərgiz Yaqublu atası Tofiq Yaqublu həbsdə olduğu dövrdə – 23 aprel 2015-ci ildə vəfat etmişdi.  Həmin vaxt Tofiq Yaqublu  sabiq nazir Əli İnsanovla eyni cəzaçəkmə müəssisəsində saxlanılırdı. Görünür, buna görə sabiq nazir keçmiş məhkum yoldaşının vaxtsız vəfat etmiş qızının məzarını ziyarət etməyi özü üçün mənəvi borc bilib.

Ziyarətdən sonra keçmiş məhkum yoldaşları Əli İnsanovla birlikdə şəkil də çəkdiriblər.AzPolitika.info

eli insanov nergi y
eli insanov nergiz1
eli insano nergiz
eliinsanovkecmismehkumlar1

Həmçinin oxuyun

Moldovalı ombudsman: “Ermənilər insan deyillər, işğalçıdırlar, vəhşidirlər” – Video

“İşğal altında saxladıqları Azərbaycan ərazilərini tərk edən erməni separatçıları evləri yandırır, əmlakı məhv edir, ev …