Cümə axşamı , Dekabr 2 2021
Ana səhifə / Siyasət / Əli İnsanov başı üzərindən Rəsulzadə və Elçibəyin portretini asdı – FOTO

Əli İnsanov başı üzərindən Rəsulzadə və Elçibəyin portretini asdı – FOTO

Xəbər verildiyi kimi, HƏP sədri Əli İnsanov öz ofisində Müsavat Partiyasının sədri Arif Hacılını qəbul edib.

Bu barədə məlumatlar hələ ötən həftənin sonlarında yayılıb. Görüş haqqında yayılan fotolar ortaya maraqlı mövzu çıxarıb. Təqdim etdiyimiz fotolardan da məlum olur ki, yenicə qeydə alınmış HƏP sədri özünün otağında Məhəmməd Əmin Rəsulzadənin və Əbülfəz Elçibəyin portretlərini asıb.

Əli İnsanovun otağında onu nazir edən, ölkənin və YAP-ın rəhbər heyətinə gətirən Heydər Əliyevin də portretinin olub – olmaması bəlli deyil.

Əli İnsanov Azərbaycanın bu iki böyük şəxsiyyətini bütün karyerası boyunca düşmən sayıb, onlara münasibətini də hər zaman düşməncə ifadə edib. İndi onun Elçibəy və Rəsulzadənin portretini başı üzərindən asması birmənalı qarşılnmayıb. Musavat.com 

Həmçinin oxuyun

Azərbaycan – İran münasibətləri: hər şey əvvəlki kimi olacaqmı?

Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi …