Şənbə , Yanvar 29 2022
Ana səhifə / Siyasət / Əli İnsanov avtobus yox, sanki vertolyot müxalifəti funksiyası yerinə yetirir

Əli İnsanov avtobus yox, sanki vertolyot müxalifəti funksiyası yerinə yetirir

Azərbaycanda troll, cib müxalifəti adlandırdığımız siyasi partiyalar var. Biz, əsasən, onlara lağlağı, məsxərə, məzə ünvanı kimi baxırıq. Biri də var Əli İnsanovun rəhbərlik etdiyi HƏP, yəni Haqq Ədalət Partiyası.

Demək, Əli müəllim uzun müddətli həbsdən sonra yadınızdadırsa odlu-alovlu çıxışlar eləyirdi. Demokratik Qərb belə gəldi, böyük Amerika belə getdi və s.

Bir az keçdi, Əli İnsanov partiya yaratdı. Bir az da keçəndən sonra onun partiyasını qeydiyyata aldılar. Aha, xoruzun quyruğu burada görünməyə başladı. Əli müəllim də partiyasını qeydiyyata alanlara öz təşəkkürünü bildirdi. Daha sonra Heydər Əliyevin heykəlinin qabağında baş əyənlərdən tutmuş zavod, fabrik direktorlarına kimi HƏP-də təmsil olunmağa başladı.

14 illik həbsindən sonra Əli İnsanovun keçmişi, nazir kimi fəaliyyəti daha bizim üçün maraqlı deyil. Maraqı olan nədir, deyim. Biz Azərbaycan reallığını yaxşı bilirik. Aydındır ki, prezident İlham Əliyevin iradəsindən kənar heç bir siyasi partiya qeydiyyatdan keçə bilməz. Özü də kimin partiyası? Əli İnsanovun. Hakimiyyətin ona aqressiyası, kini heç kimin yadından çıxmayıb. Bəs birdən-birə nə baş verdi ki, hökumət bu qədər nifrət elədiyi adama belə yumşaq münasibət göstərdi?

Üstəgəl də Əli İnsanovun son dövr çıxışlarına baxıram, ancaq ümumi şeylər danışır, heç bir qırmızı xəttə dəymir. Yəni birbaşa balığın başına söz demək vərdişlərini tərgidib. Heç Allahın London mülklərindən də danışmır.

Açıq-aydın görünür ki, Əli İnsanovu avtobusa mindirmədən, yəni daha hörmətli şəkildə, o qədər də hiss olunmayacaq şərtlərlə fəaliyyətinə icazə veriblər. Əli İnsanov avtobus yox, texnaloji dillə desək, sanki vertolyot müxalifəti funksiyası yerinə yetirir.

Əsas məsələ və əsas sual. Bunu mən görür, hiss eləyirəmsə, demək, Əli Kərimli də bilir. Uşaq deyil ki… Belə olan halda bəs Əli bəyi avtobus müxalifətçiləri İlqar Məmmədovdan, Tural Abbaslıdan, Pənah Hüseyndən və digərlərindən fərqi olaraq vertolyot müxalifətçisi Əli müəllimlə nə birləşdirə bilər?

Biz vətəndaşıq, yazarıq, ziyalıyıq, hər nəyiksə, bu suallar istər-istəməz bilmədiyimiz nədir deyə adamı düşündürür.

Kəramət BÖYÜKÇÖL,

Azinforum.az

Həmçinin oxuyun

YAP-ın şəhər və rayon təşkilatına yeni sədrlər təyin olunub – SİYAHI

Yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib. İclasın müzakirəsinə “Yeni …