Şənbə , Mart 23 2019
Ana səhifə / Siyasət / Əli İnsanov 14 ildə nə qızı, nə də həyat yoldaşı ilə danışmayıb: “Onun xarakteri belədir, sərtdir”

Əli İnsanov 14 ildə nə qızı, nə də həyat yoldaşı ilə danışmayıb: “Onun xarakteri belədir, sərtdir”

“Əli İnsanov həbsdə olduğu 14 il ərzində bir dəfə olsun ailə üzvlərinə zəng vurmayıb, onlarla telefonla danışmayıb”.

Bunu keçmiş səhiyyə nazirinin vəkili Toğrul Bağırov virtualaz.org-a açıqlamasında deyib.

Vəkilin sözlərinə görə, Əli İnsanovun ailə üzvləri – qızı, oğlu və həyat yoldaşı Bakıda yaşayır. Onlar keçmiş nazirin əfv olunduğu haqda xəbəri KİV-lərdən eşidiblər: “Bu illər ərzində o, nə qızı, nə də həyat yoldaşı ilə görüşüb və bir dəfə də olsun onlarla danışmayıb. Onun xarakteri belədir. Sərtdir. O, telefonla danışmağı xoşlamır”.

Bəs Ə.İnsanov uzun müddətli həbsdən sonra azadlığa buraxılması üçün hakimiyyətə müraciət etmişdimi?

Vəkil bu suala belə cavab verib: “Bu dəfə gözləntilər güclü idi. Mən KİV-lərdə dərc edilən yazılar barədə ona danışırdım. Hərçənd özü tezliklə azadlığa çıxacaq və yəqin ki, özü bütün bunlar haqda sizə danışacaq”.

Həmçinin oxuyun

“Anjey Kasprşik vəzifəsindən uzaqlaşdırıla bilər” – ŞƏRH

“Rəsmi Bakı Anjey Kasprşiki ATƏT sədrinin bölgədəki şəxsi nümayəndəsi vəzifəsindən uzaqlaşdırmaq istədiyi və ya belə …