Bazar ertəsi , Yanvar 30 2023
Ana səhifə / Siyasət / Əli Həsənovun ölkədən çıxışına “stop” qoyuldu – Dubaya köçmək istəyirmiş…

Əli Həsənovun ölkədən çıxışına “stop” qoyuldu – Dubaya köçmək istəyirmiş…

Prezident Administrasiyasının ləğv olunan ictimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun ölkədən çıxışına “stop” qoyulub.

Keçmiş şöbə müdiri bir neçə gün öncə Qətərdə keçirilən futbol üzrə dünya çempionatını izləmək Dohaya səfər etmək istəyib. Lakin hava limanında Əli Həsənovun uçuşuna icazə verilməyib. 

Ehtimala görə, Əli Həsənov Qətərdən Dubaya getməyi və Azərbaycana geri qayıtmamağı planlaşdırıbmış. 

Qeyd edək ki, Əli Həsənovun övladları ölkə xaricində biznes fəaliyyəti ilə məşğuldur. Hazırda Əli Həsənovun oğlu ABŞ-da, qızı isə Dubayda yaşayır./Demokrat.az

Həmçinin oxuyun

“Danışıqların uzanması növbəti müharibəyə səbəb ola bilər” – Beynəlxalq Böhran Qrupu

Sülh sazişinin imzalanmaması, danışıqları uzanması Ermənistanla Azərbaycan arasında böyük insan itkisiylə sonuclana biləcək yeni müharibəyə səbəb ola bilər. Beynəlxalq Böhran Qrupu …