Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Siyasət / Əli Həsənovla bağlı müraciəti yayıldı 

Əli Həsənovla bağlı müraciəti yayıldı 

Şuşa Rayon Ağsaqallar Şurasından Baş nazirin müavini, Qaçqın və Məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin sədri Əli Həsənovla bağlı Modern.az saytına müraciət daxil olub.

Müraciətdə deyilir:

– Son günlər bir sıra sayt və qəzetlərdə qaçqın və məcburi köçkünlərlə bağlı dövlət tərəfindən görülən işləri heçə endirmək, məcburi köçkünlərin adından süni şəkildə istifadə etməklə onlar arasından sabitliyi pozmaq məqsədilə təxribatçı yazılar verirlər. Bütün bunlar biz məcburi köçkünlərin çox böyük narahatçılığına səbəb olub.

Məcburi köçkünlərin “qayğıkeşinə” çevrilməyə çalışan bu cür yazı müəllifləri uzun müddət məcburi köçkünlərin problemləri ilə məşğul olan bir dövlət orqanına qarşı qara piar kompaniyasını təşkil etməkdən belə çəkinmirlər.

Bu cür yazılar uzun illərdən bəri Ulu öndər Heydər Əliyevin və ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların sosial-iqtisadi problemlərinin həlli üzrə həyata keçirdiyi genişmiqyaslı işlərə kölgə salmağa, ictimai sabitliyi pozmağa, məcburi köçkünlər arasında narazılıq yaratmağa xidmət edən çirkin əməllərdir. Dövlətimizin əldə etdiyi uğurlara sevinmək əvəzinə belə yazılarla cəmiyyətdə narazılıq yaratmağa cəhd etməklə nəyəsə nail olmaq mümkün deyil.

Qaçqın və məcburi köçkünlər daha ağı qaradan, haqqı nahaqdan seçməyi bacarır.

Bu çirkin oyun oynayanlar bir həqiqəti dərk etməlidirlər ki, ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirilən və keçirilməsi nəzərdə tutulan bütün məsələlər gündəlik nəzarətdə olduğundan bu cür yazı müəllifləri heç bir məcburi köçkünü təxribatçı hərəkətlərə çəkə bilməzlər.

Bir daha bildiririk ki, bu cür təxribatçı, şər-böhtan xarakterli yazıların heç bir əsası yoxdur.

Müraciəti Şuşa məcburi köçkünləri adından rayonun ağsaqqallar şurasının sədri Hacıyev Məmməd İsmayıl oğlu, Ağamirov Mirkamil Mirkamal oğlu, Məhərrəmov Ramiq İdris oğlu, Səmədov Rauf İdris oğlu, Əyyub Şırlanlı, Məmmədova Rəsmiyyə Əli qızı, Quliyeva Gülşən Şahverən qızı, Novruzov Əbülqasım Yəhya qızı, Quliyev Vidadi İlyar oğlu, Quliyeva Solmaz Cəlal qızı, Nəsibova Rüxsarə Xəlil qızı və İsmayılova Səfurəxanım Hidayət qızı imzalayıb.

Qeyd edək ki, sosial şəbəkədə Əli Həsənovun istefası ilə bağlı məcburi köçkünlər çağırış edirlər. Şuşalılar buna etiraz olaraq belə bir müraciət yayıb.

Həmçinin oxuyun

Ermənilər Azərbaycanı dəstəkləyən fransalı deputatı ölümlə hədələyir

Fransada Azərbaycanın Dostları Assosiasiyasının üzvü, deputat Jerom Lamber (Jerome Lambert) ölkədə yaşayan yerli ermənilər tərəfindən …

Bir cavab yazın