Cümə axşamı , Noyabr 21 2019
Ana səhifə / Siyasət / Əli Həsənov xarici diplomatları Cocuq Mərcanlıya apardı

Əli Həsənov xarici diplomatları Cocuq Mərcanlıya apardı

Xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfəri başlayıb.

Virtualaz.org Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, nümayəndə heyətini baş nazirin müavini, Komitə sədri Əli Həsənov müşayiət edir. Ə. Həsənov 55 nəfərlik nümayəndə heyətinə kənd haqda məlumat verib.

Baş nazirin müavini deyib ki, Cocuq Mərcanlı 5 ay erməni işğalında qaldığı dövrdə xarabalığa çevrilib. Komitə sədri ermənilərin uzun illər Lələtəpə yüksəkliyindən kəndi atəş altında saxladığını bildirib.

Komitə sədri ölkə prezidentinin fərmanına əsasən, kənddə salınacaq yeni yaşayış massivi üçün nəzərdə tutulan 10 hektar ərazinin 60 faizində minadan təmizlənmə işləri aparıldığını diqqətə çatdırıb.

Ə. Həsənov bu zaman su quyusundan 5 ədəd partlamamış minaatan mərmisi aşkarlandığını da vurğulayıb.

Xatırladaq ki, səfər Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 30-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda verdiyi tapşırıqlara uyğun olaraq təşkil edilib.

Həmçinin oxuyun

“Almaniyadan deport olunanların pasportlarını girov saxlayıblar” – ŞOK FAKTLAR

“Almaniyadakı son “mühacir alverçilәri ovu” vә deportlar arasında әlaqә varmış”. Bunu Müsavatın aktiv üzvlərindən və …

Bir cavab yazın