Cümə , Oktyabr 23 2020
Ana səhifə / Siyasət / Əli Həsənov həbs olunması xəbərindən danışdı

Əli Həsənov həbs olunması xəbərindən danışdı

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri Əli Həsənov hava limanında saxlanılaraq geri qayatrılması və ölkədən çıxışına qadağa qoyulması barədə yayılan məlumatlara münasibət bildirib. 

Belə ki, Əli Həsənov Demokrat.az-a açıqlamasında deyib ki, yayılan məlumatlar yalandır və həqiqəti əks etdirmir.

O, hazırda Almaniyada olduğunu söyləyib:

“Bu xəbərlər tamamilə yalandır. Mən indi Almaniyada xəstəxanadayam, müayinə keçirəm”.

Qeyd edək ki, sabiq deputat Gülər Əhmədova Əli Həsənovun hava limanında saxlanılması barədə sosial şəbəkədə “status” yazıb və daha sonra həmin fikirlərini silib. 

Həmçinin oxuyun

Əli Əhmədovdan Medvedevə məktub: “Bu cür qanunsuz və təxribatçı…”

Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini – icra katibi Əli Əhmədov …