Bazar , Oktyabr 25 2020
Ana səhifə / Siyasət / Əli Həsənov Azərbaycana qayıtdı: “Şükür, yaxşılıqdır”

Əli Həsənov Azərbaycana qayıtdı: “Şükür, yaxşılıqdır”

“Mən dünən – 29 dekabr 2019-cu il tarixində axşam saatlarında Azərbaycana qayıtmışam. Artıq evimdəyəm”.

Bu sözləri Gununsesi.org-a açıqlamasında Prezidentin sabiq köməkçisi Əli Həsənov deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl xaricə müayinə üçün gedən sabiq köməkçinin hava limanından geri qaytarılması barədə sosial şəbəkə və mediada xəbərlər yayılmışdı.

Həmin vaxt bu xəbərləri təkzib edən Əli Həsənov müayinə üçün xaricə getdiyini, ancaq sərhəddə belə problem yaşamadığını bildirib.

Əli Həsənov müayinəsinin müsbət sonunclandığını da deyib: “Şükür, yaxşılıqdır. Evimdəyəm, istirahət edirəm”.

Həmçinin oxuyun

Deputat: “Ermənistanda bədbəxtlik hələ bundan sonra başlayacaq”

Ermənistan KİV-lərində yayılan məlumatlarda bu ölkədə müharibə aparılan dövrdə kəskin bahalaşmanın yaranması öz əksini tapmaqdadır. …