Şənbə , İyul 20 2019
Ana səhifə / Siyasət / Əli Babacan AKP-dən getdi

Əli Babacan AKP-dən getdi

Türkiyənin keçmiş Xarici İşlər naziri Əli Babacan hakim Ədalət və İnkişaf Partiyasından (AKP) istefa etdiyini açıqlayıb.

“Qafqazinfo”nun “milliyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə o, bəyanatında bildirib.

“Vəzifədə olduğum müddətdə partiyanın prinsip və dəyərlərini həm ölkəmizdə, həm də dünyada inanaraq müdafiə etdim. Türkiyənin tarixi dönəmlərində doğruları üçün göstərilən  böyük mübarizələrin içərisində olmaq mənim üçün şərəf oldu. Son illərdə isə bir çox sahələrdə edilən tətbiqlər ilə inandığım prinsiplər, dəyər və fikirlər arasında dərin çatlar yarandı. Beynən və qəlbən bir ayrılıq yaşadım. İnanıram ki, qarşı-qarşıya olduğumuz problemlərin həlli ancaq yüksək və geniş heyətin fəaliyyəti ilə mümkün olacaq. Bərabər çalışmaq və ortaq fikrə gəlmək məcburiyyətindəyik. İşimizin müstəqil və azad şəkildə görülməsi böyük önəm daşıyır. Hər mövzuda ağ səhifələrlə işə başlamaq vacibdir. Bu gerçəkləri diqqətə alsaq, o zaman Ədalət və İnkişaf Partiyasında üzvlüyümün davam etməsi təəssüf ki, mümkün deyil. Bu gündən etibarən istefa ərizəmi partiyanın baş ofisinə çatdırdım”, – deyə Əli Babacan qeyd edib.

Partiyanın əsas yaradıcılarından biri olan Babacanın hansı səbəbdən istefa verdiyi məlum deyil. İddiaya görə, 52 yaşlı siyasətçi Türkiyənin sabiq Prezidenti Abdullah Güllə yeni partiya yaratmağı planlaşdırır.

Həmçinin oxuyun

Sabiq nazirdən barəsindəki iddiaya reaksiya: “İndi seçki yoxdur ki, mənim də fikrim ya ola, ya da…”

Bu gün ölkə KİV-ləri sabiq nazirlərdən bəzilərinin Milli Məclisə növbəti seçkilərdə deputatlığa namizəd olacaqları barədə …