Bazar , Yanvar 17 2021
Ana səhifə / Siyasət / Əli Əsədov nazirləri topladı – Tapşırıqlar verildi

Əli Əsədov nazirləri topladı – Tapşırıqlar verildi

Bu gün Baş nazir və Dövlət Komissiyasının sədri Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikasının Prezidentinin 6 noyabr 2020-ci il tarixli “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamının icra vəziyyətinə dair məsələlərə həsr olunmuş müşavirə keçirilib.

Müşavirədə Dövlət Komissiyasının üzvləri iştirak ediblər.

Müşavirədə indiyə qədər görülmüş işlər müzakirə olunub və qalan məsələlərin qısa müddətdə başa çatdırılması və Prezidentin Sərəncamında göstərilmiş müddətdə təqdim olunması barədə müvafiq tapşırıqlar verilib.

Əli Əsədov nazirləri topladı  - Tapşırıqlar verildi

Həmçinin oxuyun

“Birinci Qarabağ savaşında biz torpaq, Ermənistan isə müstəqilliyini itirdi”

Azərbaycan Birinci Qarabağ savaşında torpaq itirdi, işğala məruz qaldı, müvəqqəti məğlub duruma düşdü. Rusiyanın bütün …