Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Ələkbərovun Britaniyadakı hesabları da donduruldu

Ələkbərovun Britaniyadakı hesabları da donduruldu

Rumıniyanın həbs qərarından sonra “Lukoyl” şirkətinin Britaniya və Hollandiya banklarındakı aksiyaları da dondurulub.

Axar.az xəbər verir ki, Vahid Ələkbərova məxsus şirkətin Böyük Britaniyada və Hollandiyada dondurulan əmlakının məbləği hələlik açıqlanmır.

Rumıniyadakı “Lukoyl” zavodunun səhmləri “Lukoil Europe Holdings Bvatrium Holland” şirkətinə məxsusdur. Bu şirkət “Lukoyl”un Avropadakı səhmlərinin idarəsi ilə məşğuldur.

Qeyd edək ki, dünən Rumıniya “Lukoyl”un ölkədəki əmlakına həbs qoymuşdu. Əmlakın ümumi dəyərinin isə 2 milyard avro olduğu bildirilmişdi.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın