Cümə axşamı , Sentyabr 21 2023
Ana səhifə / Siyasət / Əkrəm Həsənov: “Ərdoğan bir daha böyük lider olduğunu sübut etdi”

Əkrəm Həsənov: “Ərdoğan bir daha böyük lider olduğunu sübut etdi”

“Qardaş Türkiyə böyük sınaqdan çıxdı. Bütün dünyaya demokratiya dərsi keçdi. Ərdoğan bir daha böyük lider olduğunu sübut etdi”.

Bunu ekspert Əkrəm Həsənov bildirib

“Eyni zamanda xalqın yarıdan bir qədər az hissəsinin də iradəsi ortadadır. Sadə insanların mütləq əksəriyyətini hökumətin ideologiyası (din, liberalizm, sosializm, faşizm və s.) az maraqlandırır. Onlara ədalət, əmlaklarına və ləyaqətlərinə hörmət lazımdır. Bunun da bir əsas şərti var – korrupsiya ilə mübarizə. Ərdoğan bu məsələyə xüsusi diqqət yetirməlidir ki, xələfi məhz onun tərəfdarı ola bilsin. Allah Türkiyəni qorusun!” – Ə.Həsənov qeyd edib.

Həmçinin oxuyun

Avropa Məhkəməsi Azərbaycanla bağlı daha 2 qərarını açıqlayacaq

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) sentyabrın 28-də Azərbaycanla bağlı daha 2 qərarını elan edəcək. “S. Kərimli …