Ana səhifə / Siyasət / Əhliman Əmiraslanov: “Cəlal Əliyev Azərbaycan üçün xeyli işlər görüb”

Əhliman Əmiraslanov: “Cəlal Əliyev Azərbaycan üçün xeyli işlər görüb”

Cəlal Əliyevin ölümü təkcə Azərbaycan elminə deyil, dünya elminə ağır itkidir”. “Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

“Cəlal Əliyev ömrünün 62 ilini elmə həsr edib. Çoxsaylı tədqiqatlar aparıb. 1990-cı illərdə Milli Elmlər Akademiyasının başı üzərini qara buludlar almışdı. Cəlal Əliyev bu məsələdə mübarizə apardı. O dövrdə ciddi təhlükələrlə qarşılaşan akademik heç vaxt əyilməyib. O, Azərbaycan, vətən üçün xeyli işlər görüb”, – Ə.Əmiraslanov bildirib.

Report.az

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın