Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Əhəd Abıyev təcili Almaniyaya aparıldı

Əhəd Abıyev təcili Almaniyaya aparıldı

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin səhhətində ciddi problemlər yaranıb.

“ Azinforum.az ” Yenicag.az-a istinadən xəbər verir ki, Ə.Abıyevin səhhəti pisləşdiyi üçün təcili olaraq Almaniyaya aparılıb. Bir həftədən çoxdur Almaniyada müalicə olunan icra başçısının səhhəti ilə bağlı hər hansı məlumat əldə etmək mümkün deyil. İcra başçısı ona edilən telefon zənglərini cavabsız qoyur.

Məsələ burasındadır ki, Əhəd Abıyev bir müddət öncə Gəncədəki özəl xəstəxanaların birində ürəyindən əməliyyat olunub. Lakin əməliyyatı uğursuz keçdiyindən, icra başçısının vəziyyəti daha da kritikləşib.

Qeyd edək ki, Ə.Abıyev 3 çağırış millət vəkili olub.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın