Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Siyasət / “Əgər Rusiyada Azərbaycan diasporunun real lideri olsaydı, vəziyyət belə təhlükəli olmazdı”

“Əgər Rusiyada Azərbaycan diasporunun real lideri olsaydı, vəziyyət belə təhlükəli olmazdı”

Son günlər dünyada kütləvi nümayişlər baş verdi, Azərbaycan və Ermənistan diasporalarının nümayəndələri arasında qarşıdurma dalğası keçdi. Bu hadisələrə münasibətim barədə iki kəlmə deyəcəyəm.Müsbət məqamdan başlayacağam. Bəlkə də ilk dəfə vətənlərindən çox uzaqda olan azərbaycanlılar onun problemlərindən təcrid olunmuş vəziyyətdə yaşamadıqlarını, doğma vətənləri ilə əlaqələrini hiss etdiklərini əyani şəkildə göstərdilər. Əvvəllər vətənpərvərlik haqqında yalnız sözlər vardı, indi aydın oldu ki, onlar hərəkətə də hazırdırlar.Ancaq həqiqətən nə edəcəklərini bilmirlər. Hər şey diplomatik nümayəndəliklərin qarşısındakı  nümayişlərdən başladı, sonra da böyüyüb erməni diasporunun nümayəndələri ilə davaya keçdi. Moskvada isə heç bir müqəddimə verilmədən  küçələrdə davaya və döymələrə keçdi. Amma, yox. Hər şey, hələ bir həftə əvvəl bazarlarda “razborka” ilə başladı, blogerlər bunu “erməni əriklərinin soyqırımı” adlandırdılar. Bu dartışmanı əslən Azərbaycandan olan iri biznesmenlər təşkil etdilər. Aksiya mediada geniş yayıldı və demək olar ki, dərhal Moskva meriyasının Ticarət Departamenti tərəfindən dayandırıldı.
Aksiyanın təşəbbüskarlarının əldə etdiyi yeganə şey, onlardan biri Qod Nisanovun Azərbaycan diasporunun lideri statusunda nazir Lavrovun yanına dəvət edilməsi oldu.
Qod Nisanov mənim dostumdur, amma necə deyərlər, Platon mənim dostumdur, lakin həqiqət daha əzizdir. Boykot aksiyası təşkilatçılarının ilkin motivlərinin nələr olduğunu bilmirəm, amma sonda saxta vətənpərvər və populist aksiyalar seriyasında olan kimi göründü, nəticədə vəziyyət pisləşdi. Bir həftə sonra aksiya bazarlardan küçələrə keçdi. Artıq burada öz instinktlərinə tabe olan və özlüyündə təhlükəli və gözlənilməz hala gələn bir kütlə var idi.
Bu nə ilə başa çatdı, əgər çatdısa, nə qədər adam zərər gördü, neçə nəfərin tutulduğu hələ tam olaraq məlum deyil, buna baxmayaraq bəzi nəticələrə gəlmək olar.
Başlıcası. Əgər liderlər yoxdursa və emosiyaların gərginliyi artırsa, onda ona nəzarət edəcək heç kim yoxdur. Əgər heç nə dəyişməzsə, belə partlamalar davam edəcək. Hələlik Moskvadakı bu toqquşmalar cüzi xarakter daşıyır. Kimsə İnternetdə toqquşmanın miqyasını fəal şəkildə şişirdir, lakin yüz minlərlə azərbaycanlının və erməninin Qarabağ əvəzinə Moskvada qanlı dartışmalara başlamayacağına zəmanət yoxdur. Əlbəttə, Varfolomey gecəsi olmayacaq, 1571-ci ildə Parisdəki qırğın dövlət səviyyəsində təşkil edilmişdi, ancaq on iki milyonluq azərbaycanlıların və ermənilərin  payına da az düşməyəcək.İstənilən halda, Moskvada döyülmə və talanlar nəticəsiz qalmayacaqdır. Heç bir ölkə digər ölkələrin vətəndaşlarına ərazilərində bir-birləri ilə küçələrdə dava-dalaş etməyə, məsələ aydınlaşdırmağa icazə vermir. Və cavab sərt olacaq. Rusiyanın təcrübəsi var. 2006-cı ildə Gürcüstanla münasibətlərin kəskinləşməsinə cavab olaraq, miqrasiya xidmətlərinin iddiaları ilə minlərlə vətəndaşı qovuldu. Və 2015-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrinin Rusiya təyyarəsini vurması və pilotun ölümü, eynilə Türkiyə vətəndaşları ilə təkrarlandı.
Bunun Rusiyada minlərlə deyil, yüz minlərlə olan Azərbaycan və ya Ermənistan vətəndaşları ilə təkrarlanacağını söyləmək hələ tezdir. Rusiyadakı dövlət KİV-ləri indiyə qədər neytral olaraq qalır. Lakin teleqram – kanallarda bazarları “təmizləmək”, vergi orqanlarını və FSB-ni  Azərbaycan və erməni əsilli oliqarxları yoxlamağa göndərmək tələbləri eşidilir.
Baxaq görək, sonra nə olacaq. İyulun 12-dən sonra Rusiyada mətbuat və ictimai rəy ermənipərəst mövqe tutmadı. Bu məni sevindirdi. Baxaq, küçələrdəki aksiyalardan sonra nə dəyişəcək. Rusiyanın Azərbaycan-Ermənistan münaqişəsinə münasibəti məsələsinə ayrıca baxılma tələb olunur.
Bir şeyi deyə bilərəm. Rusiyadakı azərbaycanlıların vətənpərvərliyi, bu qədər qəddar, mənasız və təhlükəli  olmazdı, əgər diasporanın real lideri olsaydı. Özünü elan edən və ya təyin edilib təsdiqlənmiş deyil, həqiqi olanlar. Bu vəziyyətin günahkarları həm Moskvada, həm də Bakıda var. Həm burada, həm də orada bu prosesi öz axarına buraxmaqdan qorxurlar, yüz minlərlə insanın özünütəşkilatlanmasından qorxurlar. İndi bu uzagı görməməzliyin nəticələrinə qatlaşın.
Moskvada deyil, Qarabağda vuruşmaq olar  və  beş-on nəfərlə müdafiəsiz insana hücum etmək cəsarət deyil. Həm azərbaycanlıların, həm də ermənilərin əksəriyyəti Rusiyaya bir parça çörək qazanmaq üçün gəliblər, çünki vətənlərində bunu edə bilmirlər. Onlara dava-dalaş lazım deyil.  Onlara işləmək üçün şərait yaradılmalıdır. İndi pandemiyadır. İş az, pul yoxdur, perspektivlər bəlli deyil. Bu belədir. Ancaq bu, hücumlar və qarışıqlıqlar üçün bir bəhanə deyil, xüsusən də onları vətənpərvərliklə izah etməyə çalışanda. Qonaq statusunuzu qorumalısınız, başqa bir ölkədə olduğunuzu başa düşməlisiniz. Anlamaq lazımdır ki, sənin hərəkətinlə bütövlükdə millət haqqında rəy yaranır.Fərhad Əhmədov,keçmiş senator, iş adamı, xeyriyyəçi

Həmçinin oxuyun

“İlham Əliyevin üçüncü gücün müdaxiləsi barədə dedikləri İrana yaxşı bir mesajdır…”

Müharibənin müəyyən mərhələsində diplomatik meydanda aktiv fəaliyyətin olacağı gözlənilən idi və istər Avropa ölkələri və …