Ana səhifə / Siyasət / “Əgər bunu etsək, 35-40 ildən sonra Qərbi Azərbaycanda bir nəfər də erməni qalmayacaq” – Şeyx

“Əgər bunu etsək, 35-40 ildən sonra Qərbi Azərbaycanda bir nəfər də erməni qalmayacaq” – Şeyx

“İki yüz il davam edən bu işğal müharibəsi, soyqırımlar, həm də ki, ideoloji müharibəyə qarşı 44 günlük Vətən müharibəsində parlaq qələbə çaldıq. Bəlli oldu ki, ermənilərin təbliğatı ancaq kiminsə kölgəsində başqalarına daş atmaqdan ibarət olub. Bunların heç vaxt özünün açıq meydan savaşı olmayıb. Çünki birinci Qarabağ müharibəsinin şahidi olmuşam və orda demək olar ki, ermənilər iştirak etmirdirlər”.

Bunu Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib:

“İki yüz il davam edən bu işğal müharibəsi, soyqırımlar, həm də ki, ideoloji müharibəyə qarşı 44 günlük Vətən müharibəsində parlaq qələbə çaldıq. Bəlli oldu ki, ermənilərin təbliğatı ancaq kiminsə kölgəsində başqalarına daş atmaqdan ibarət olub. Bunların heç vaxt özünün açıq meydan savaşı olmayıb. Çünki birinci Qarabağ müharibəsinin şahidi olmuşam və orda demək olar ki, ermənilər iştirak etmirdirlər. Orda Rusiyanın 366-cı mototatıcı alayı hücuma keçirdi və ermənilər də gəlib bizə divan tuturdular. Bunu bütün o dövrün adamları bilir və ermənilər özləri də etiraf ediblər. Ermənilən tarixən heç vaxt müstəqil savaş aparmayıblar. Ancaq işləri-gücləri xəyanət etmək olub. 44 günlük Vətən müharibəsində növbəti dəfə ifşa oldular və məlum oldu ki, bu illər ərzində dünya ölkələrini aldadaraq pul toplayıblar. Amma niyə bizim tarixçilər, tənqidçilər bu illər ərzində ideoloji təbliğatla məşğul olmurlar, başım çıxmır. İndi ermənilərin ən böyük, ən təhlükəli müharibəsi xəyanət müharibəsidir. Onun-bunun kölgəsində gizlənib ancaq şər atmaqla məşğuldurlar. Ermənilər müharibəyə qədər müdafiə adıyla milyardlar qazanmışdılar. Bizim məmurlarımız xalqı çapıb, talayıb sərvətini oğurlayırdılar. Amma xaricdə yaşayan ermənilər Ermənistana vahid ideoloji mərkəzləri olan kilsəyə pul göndərirdilər ki, möhkəmlənsinlər. Bunlar bu pullarla da bütün dünyada bizə qarşı ideoloji təbliğat müharibəsi aparırdılar”.

Xalq artisti deyib ki, ermənilər indi də Arsak sözünü ortaya atıblar və bu adla iş görmək niyyətindədirlər:

“44 günlük müharibədə ermənilər uduzandan sonra onlara sərmayə qoyan adamlar bunun səbəbini soruşurlar. Ermənilər indi kütləvi şəkildə ifşa olunmağa başlayıblar. İddia edirlər ki, guya biz döyüşlərə xaricdən muzdlu döyüşçülər cəlb etmişik. Təbii ki, bunların heç biri həqiqət deyil. Biz bu illər ərzində güclənmişik və torpaqlarımızı da özü gücümüzlə işğaldan azad etdik. Yalançı erməni mifi ifşa olunduğu üçün onlar artıq ideoloji təxribata başlayıblar. Ermənilər demək olar ki, Qarabağ sözünü işlətmirlər. İndi dünyanı çaşdırmaq üçün “arsak” sözünü deməyə başlayıblar. Guya bunların qədim arsak dövləti olub. Bununla onlar bütün dünyanı aldatmağa çalışırlar. Arsak sözü 26 türk soyunun, kökünün ən mübariz bir qolunun adıdır. Yəni sak, ərsaq türkləri. Ərsaq sözünün ermənilərə isə heç bir aidiyyatı yoxdur. Çox təəssüflər olsun ki, bizim Elmlər Akademiyası, Tarix İnstitutu  bunlara cavab vermir. Mən Cənab Prezidentə müraciət edirəm. Bu artıq erməni xəyanətinin sonuncu fırıldağı, bəhanəsidir. Təzədən səfərbər olub milyardlar xərcləyib təbliğat aparırlar ki, guya bunlar Arsak uğrunda vuruşurlar. Ölkə başçısından xahiş edirəm, təklif edirəm ki, komissiya yaradılsın və onun üzvlərindən biri mütləq mən olmalıyam. Çünki əlimdə sənədlər, faktlar var. Həmin komissiyaya isə namuslu, qeyrətlu, vətənsevər ziyalılarımız cəlb edilməlidir. Biz bütün dünyada Arsak məsələsin gündəmə gətirməliyik. Bütün bunlara görə biz erməniləri BMT səviyyəsində məhkəmələrə verməliyik. Bununla da biz “hay” adlı təhlükəli, qondarma, sürüşkən mənəviyyatsız bir tayfanın mövcudluğuna növbəti dəfə son qoyacağıq. Əgər biz bu işləri sürətlə görsək, 35-40 ildən sonra Qərbi Azərbaycanda bir nəfər də erməni qalmayacaq”. 

Şeyx Əbdül müraciətlərinin ölkə başçısına çatdırılmamasından da gileylənib:

“Mən ölkə başçısından ona görə Şuşada geydiyi gödəkcəsini istəyirdim ki, görüm Prezidentin ətrafında olan adamlar ziyalıların sözünü ona çatdırırlarmı. Bəlli oldu ki, demirlər və indi bu müraciətimi də yəqin ki, deməyəcəklər. Xalqın haqq səsini ölkə başçısına niyə demirlər?! Biz doxsanıncı ildən üzü bəri can qoymuşuq, niyə sözümüzü ölkə başçısına çatdırmırlar?”.

Şeyx Əbdül 14 ildən sonra “Qan yaddaşı” kitabının çapa hazırlandığını bidirib: 

“14 il idi ki, “Qan yaddaşı” kitabımın materialları əlimdə qalmışdı, çap etdirə bilmirdim. Axırda hörmətli Vasif Talıbova müraciət etdim və o, kitabın çapını öz üzərinə götürdü. İnşallah kitab qarşıdakı günlərdə çapdan çıxacaq. “Qan yaddaşı, tarixi erməni xəyanətləri və onların ifşası” kitabı Naxçıvan Ali Soveti sədri Vasif Talıbovun xüsusi göstərişi ilə çap olunur. İnanın ki, orda mənim başqa məqsədim olmayıb, məqsədim o idi ki, ancaq kitabım çap olunsun”. 

Kinorejissor erməniləri çətin faktlar qarşısında qoyacağını deyib:

“Ermənilərə təpik atmaq yox, qarşılarına fakt qoymaq lazımdı. Bu kitabımda erməni yalanları ifşa olunub. Bir neçə gün öncə Fransadan bir qadın diplomat gəlmişdi və onu aparıb Ağdamı göstərdilər. O, efirdən dedi ki, “indi mən gözümlə gördüm ki, ermənilər neçə illərdir fransız xalqını aldadıb hansı işlərlə məşğuldurlar”. İş budur. Çox sağ olsun Cənab Prezident. Hər yerdə Prezident özü tək mübarizə aparır. Məmurlarsa ancaq qazanclarının hayındadırlar. Bunların gözləri doymadı?!”./Moderator.az

Həmçinin oxuyun

“Caliber”dən növbəti təhlil: Ermənilər gələcəyi yoxsa keçmişi seçəcək? – VİDEO

“Caliber” layihəsinin “Youtube” kanalında Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinə həsr olunmuş video yayımlanıb. “Caliber” qeyd …