Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Əgər bu maygülü “politoloq” Azərbaycan xalq hərakatı haqqında cəfəngiyat danışıbsa”

“Əgər bu maygülü “politoloq” Azərbaycan xalq hərakatı haqqında cəfəngiyat danışıbsa”

Moderator.az saytının dünənki buraxılışında Azərbaycan xalq hərakatının 1988-1990 illərdə Gəncəbasar zonasında aparıcı simalarından olmuş, Xanlar (indiki Göy-göl) rayonunun keçmiş icra başçısı Pənah Məmmədzadənin “politoloq” Tahir Cəfərlinin Azərbaycan Milli Azadlıq Hərəkatı haqqındakı aşağılayıcı fikirlərinə tutarlı cavabını oxudum. Cavaba görə biraz rahat oldum ki, nə yaxşı Pənah bəy kimilər var imiş və bu cür üzdəniraq “politoloqların” cavabını verirlər. Eyni zamanda Tahir Cəfərli deyilən “politoloq”a hədsiz qızdım. Ona görə ki, birdən birə siyasət meydanına hoppanmaq istəyən bu “cırtdan politoloq” deyəsən çaşıb?!.
Öncə onu bildirirəm ki, hörmətli Pənah Məmmədzadənin iradları ilə birmənalı həmrəyəm və onun ittihamları ilə bilavasitə razılaşıram. Eyni zamanda Pənah bəyə təşəkkür edirəm ki, bu kimi hallara zamanında reaksiya verməklə Azərbaycanın 20-ci əsrin sonunda 1988-1990-cı illərdəki şanlı tarixinə ləkə vurmaq istəyən Tahir Cəfərli kimi “cırtdan politoloqlar”ı yerində oturtmağa çalışıb.
2-cisi Tahir Cəfərli deyilən “politoloq”u mən uzun illərin siyasətlə məşğul olan sıra nəfəri kimi tanımıram. Əgər bu maygülü “politoloq” cürət edib Azərbaycan xalq hərakatı haqqında cəfəngiyat danışıbsa, bu, məncə onun öz ağlının məhsulu ola bilməz. Çox böyük ehtimalla onu bu cür fikirlər söyləməyə vadar edən Azərbaycanın şanlı tarixini yaddaşlardan pozmağa çalışan hakimiyyətdəki bəzi şər qüvvələrdir. Onlarla bizim mübarizəmiz həmişə olub, sonacan da davam edəcək. Tahir Cəfərli isə bizim söz deməyə ehtiyac hiss etmədiyimiz xırda adamdır. Biz mübarizəni “hürənlərlə” yox, onların sahibləri ilə aparırıq və inşallahda qalib gələcəyik!.
 
Salman İmanlı,
Ümid Partiyası Gəncə şəhər təşkilatının sədri

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın