Şənbə , Dekabr 9 2023
Ana səhifə / Siyasət / Əgər anklavlar Azərbaycana qaytarılsa… – Ermənilər təşvişdə

Əgər anklavlar Azərbaycana qaytarılsa… – Ermənilər təşvişdə

Əgər anklavlar verilərsə, bizim üçün çox acı nəticələri olacaq. Bu halda Tavuşun regional mərkəzi ilə əlaqə kəsiləcək.

Axar.az xəbər verir ki, bu sözləri 168.am-a açıqlamasında Azərbaycanın Ermənistandakı eksklavı olan Bağanis Ayrım kəndinin keçmiş “sərhədçi rəisi” Narek Saakyan deyib.

O bildirib ki, əvvəllər anklavların qaytarılması ilə bağlı heç bir müzakirə eşitməyib:

“Anklavlar qaytarıldıqdan sonra Azərbaycan o kəndlərlə əlaqə saxlamaq üçün “dəhlizlər” tələb edəcək. Həm ərazi, həm də kommunikasiya problemləri yaranacaq. Və ölkəmizin üzləşdiyi təhlükəsizlik problemləri daha da dərinləşəcək. Sülh olmayacaq”.

Qeyd edək ki, Qazaxın 7, Naxçıvanın isə 1 kəndi Ermənistanın işğalı altındadır.

Həmçinin oxuyun

Prezidentliyə namizədlərin siyahısı nə zaman dərc olunacaq?

Azərbaycanda prezidentliyə qeydə alınmış namizədlərin siyahısı 18 yanvar 2024-cü il tarixinədək dərc olunacaq. Bu, Mərkəzi …