Çərşənbə , Sentyabr 18 2019
Ana səhifə / Siyasət / Əfv olunmuş məhbusun yerinə başqası buraxılıb? – Penitensiar Xidmət vəkili hədələdi

Əfv olunmuş məhbusun yerinə başqası buraxılıb? – Penitensiar Xidmət vəkili hədələdi

“26 aprel 2017-ci il tarixdə azpolitika.az informasiya saytında “PREZİDENTİN ƏFV SƏRƏNCAMI İLƏ BAĞLI ŞOK! – “Adı əfvə düşən oğlumun əvəzinə başqasını buraxdılar!” sərlövhəli məlumat dərc edilib. Məlumatda məhkumun yaxın qohumları və vəkilinə istinad edilərək qeyd olunur ki, guya Ədliyyə Nazirliyi Penitensiar xidmətinin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinin birində saxlanılan məhkum Elvin Bəxtiyar oğlu Mahmudovun əvəzinə eyni adı və soyadı olan, lakin atasının adı və təvəllüdü fərqli olan digər məhkum ölkə Prezidentinin əfv sərəncamı ilə qalan cəzadan azad edilib”

Azinforum.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidməti xüsusi açıqlama yayıb.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 16 mart 2017-ci il tarixli “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı dürüst və vaxtında icra olunub:

“Əfv olunan şəxslərin arasında bu məlumatda dərc olunan məhkumun adı yoxdur. Əfv haqqında Sərəncamın əhatə dairəsində olmuş eyni adı və soyadı olan, lakin atasının adı və təvəllüdü fərqli olan digər məhkum tam qanuna uyğun olaraq azad edilmişdir. Acınacaqlı haldır ki, bəzi informasiya saytları ilə yanaşı yalan, iftira xarakterli, dəqiqləşdirilməmiş məlumatları vəkil funksiyalarını yerinə yetirən şəxslər də yayır.

Düşünülməmiş hərəkətləri ilə vəkil adına xələl gətirən şəxsin hansı məqsədlər daşıdığı qeyri-müəyyəndir. Lakin hesab edirik ki, qeyd olunan faktlar aidiyyəti orqanlar tərəfindən ciddi araşdırılacaq və vəzifəli şəxsləri ağır cinayətlərdə ittiham etmiş vəkilin fəaliyyətinə hüquqi qiymət veriləcək”.

Xatırladaq ki, etiraza səbəb olan məlumatı Bakı şəhəri Binəqədi rayonu, İlham Hacıyev küçəsi ev 3-də yaşayan Mustafayeva Bənövşə Vahid qızı və onun oğlunun vəkil Adəm Məmmədov açıqlayıb.

Onlar bildirib ki, Mahmudov Elvin Bəxtiyar oğlunun adı Əfv sərəncamına düşməsinə baxmayaraq, o, azadlığa buraxılmayıb. Daha dəhşətlisi isə odur ki, onun əvəzinə müəmmalı şəkildə adı və soyadı oxşar olan, ancaq atasının adı, digər göstəriciləri fərqli olan birini Mahmudov Elvin Habil oğlunu azadlığa buraxıblar.

Həmçinin oxuyun

“Nazim Bəydəmirli YAP-dan xaric edilib”- Partiyadan açıqlama

Son vaxtlar keçmiş millət vəkili Nazim Məmmədovun (Bəydəmirli) sosial şəbəkələrdə, bəzi KİV-lərdə etdiyi çıxışları və …

Bir cavab yazın