Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Siyasət / Əfv edilənlər Qərbin “milli eynəyi” rolunda: Qərbə minnətdarlıq, dövlətə minnət…

Əfv edilənlər Qərbin “milli eynəyi” rolunda: Qərbə minnətdarlıq, dövlətə minnət…

Prezident İlham Əliyevin apardığı siyasətin kökündə barış, humanizm, sülh və əmin-amanlıq prinsipləri dayanır. Onun Prezidentlik müddəti ərzində və son vaxtlarda atdığı addımların bütün dünya və ölkəmiz üçün nə qədər böyük əhəmiyyətə malik olduğunu anlamaq üçün pafosdan, populizmdən uzaq olmaq lazımdır, soyuq başla analiz etmək, baş verən hadisələrə milli nöqteyi-nəzərdən baxmaq lazımdır. Yox əgər kimsə, Qərbin, hansısa təxribatçı dairələrin gözü ilə baxacaqsa, yaxud onların “MİLLİ EYNƏYİ”nə çevriləcəksə, o zaman Prezident İlham Əliyevin atdığı addımların əhəmiyyətini dərk edə bilməyəcək və bunu öz istədiyi formada təqdim edəcək. Radikal müxalifət ölkəmizdə aparılan islahatları onunla əlaqəndirir ki, guya 19 yanvar mitinqdən sonra hakimiyyət qorxuya düşüb və buna görə də son vaxtlar xalqın xeyirinə addımlar atır. Birincisi, Prezident İlham Əliyevin dövlətimizin, millətimizin xeyiri naminə atdığı addımlar radikal müxalifəti nokauta salıb, ona görə də baş gicəllənməsindən doğan bəyanatlar “boğulanda saman çöpündən yapışmaq” cəhdindən başqa bir şey deyildir. Eyni zamanda, Prezident bütün bunları ona görə etmədi ki, müxalifət özünün daha da rəzil duruma salsın, sadəcə atılan bütün milli addımlar nəticəsində hər kəs, elə satqınlar da ələkdən keçdi, kimin kim olduğu ortaya çıxdı və heç şübhəsiz ki, Qərbin əlaltısına, qulbeçəsinə çevrilənlər üçün bütün bu addımlar nokaut effekti verməli idi. Ölkədə normal, sivil, milli, güclü müxalifətin mövcudluğu Prezident İlham Əliyev də istəyir.İkincisi, ölkədə baş verən bütün müsbət dəyişikliklərin hamısı Prezident İlham Əliyevin iradəsi daxilindədir. 2003-cü ildə Prezident seçilərkən hansı iradəni ortaya qoymuşdusa, bu gün də həmin iradənin sahibidir, heç kəsdən də qorxacağı yoxdur, atdığı bütün addımların da arxasında dayanır. O, çətin vəziyyət yaranan kimi ölkəsini qoyub başqa yerə qaçan lider də deyildir. Bizdevalvasiya ərəfəsində, 2016-cı il aprel döyüşlərində, Mingəçevir stansiya partlayarkən Onun qətiyyətinin şahidi olduq. O, əsl dövlət başçısı, əsl Ali Baş Komandan və əsl Vətəndaş kimi hər birimizin keşiyində durdu, ölkəmizi bütün sınaqlardan üzüağ çıxardı.
“ABŞ-a minnətdar olanların dövlətə minnəti…”.Mən rus tarixçisi İvanovdan tez-tez sitatlar gətirirəm, o, Qərbə, ABŞ-a ən dəqiq qiymət verib proqnoz qoyan dünyanın ən sanballı şəxsiyyətlərindəndir. Zarafat deyil, adam ömrünün hamısını xüsusi xidmət orqanlarında yaşayıb. O deyir ki,  “Böyük ABŞ kəlməsini işlədənlər ya sionistlərin quludur, ya da aldadılmışların növbətisi… Bunu gizlədirsə, agentdir, açıq ifadə edirsə, deməli, ölkəsinə xəyanət etməkdən zövq duyur. Bu bir aksiomadır”. Dövlət başçısının imzaladığlı əfv sərəncamından dərhal sonra azadlığa çıxan keçmiş Səhiyyə naziri Əli İnsanovun ilk ifadəsi bu oldu: “Mən azadlığa çıxdığım üçün böyük ABŞ dövlətinə təşəkkür edirəm…”. Nə deməkdir bu? Növbəti ifadəyə baxın: “ABŞ mənim ayaqlarımdakı qandalları açdı…”. Nə üçün açdı, kimin üstünə yeritmək üçün? Sən ölkənin ən korrupsioner naziri olmusan, evindən tonlarla qızıl külçələr çıxıb, jurnalistləri təhqir etmək ənənəsinini əsasını sən qoymusan, prezidentlik iddiasına da sən düşmdüşdün, sənin rəhbərlik etdiyin səhiyyənin yarıtmazlığı nəticəsində insanlar öldülər, hər xəstənin cibinə girdin, “İnsanovin” dərmanı ilə də bütün insanları zəhərləyib çirkli milyonları cibinə doldurdun. 2005-ci ildə üzvü olduğun komandaya dəstək olmaq əvəzinə gizli separat danışıqlara getdin, dövlət çevrilişi etmək istəyənlərin bir parçası oldun, rəhbərinə xəyanət etdin, ortaya prezidentlik iddiası qoydun. 73 yaşlı qocanı aldatmaq elə də çətin deyildir. Ölkədə 2005-ci ilin havası yoxdur, daha dərin təməl daşı atılmış oturuşan bir dövlətə sahibik. Bunu sən də anlayacaqsan, bir-iki günə keçər. ABŞ səni azadlığa buraxdırmağı bacarırdısa, bunu 14 il ərzində edərdi, əgər Prezident İlham Əliyevin iradəsi, humanist qərarı olmasa idi, bir addım belə çölə ata bilməzdin. Bu boyda nankorluq nəyə lazımdır!? Vaxtilə döyüb-söydüyün jurnalsitlərin qarşısında kimə meydan oxuyursan!? 
Əli Kərimlinin üzü “gülür…”Fuad Qəhrəmanlı, Gözəl Bayramlı və digər müxalifətçilər də azadlığa qovuşdular. Allah qapılarını daim açıq etsin. Amma heç olmasa, bircə gün siyasi manipulyasiyanı yerə qoymaq, realist olmaq gərəkirdi. Etmədiniz, bacarmadınız. Siyasi mədəniyyət deyilən bir nəsnə var axı… Əslində Prezident sizləri əfv etməklə yeni bir barışa, humanizmə imza atmış oldu. Bəs sizin siyasi etikanıza kim quzu kəsdi? Azadlığa çıxanları da 19 yanvar mitinqi ilə əlaqəndirdiniz. İndi sabah prezident Qarabağı ermənilərdən təmizləsə, deyəcəksiniz ki, bu da 19 yanvar mitinqinə görə oldu. Axı 2016-cı ilin aprel döyüşlərində girməyə deşik axtarırdınız, İlham Əliyev isə, ölkənin BİRİNCİ ƏSGƏRİ kimi öndə oldu, bizə qələbə qazandırdı, ermənilərə son 30 ilin ən böyük zərbəsini vurdu, düşmən ordusu hələ də toparlana bilmir. Hakimiyyətlə iş birliyinə getmək, ən azı Milli Məclisdə bir-iki deputat kürsüsü əldə etmək üçün çıxarılan bu oyunlar, ortaya atılan sərsəm iddialarla xalqımı inandıracaqsınız!? Fransada, İngiltərədə, ABŞ-da və digər Qərb ölkələrdə dövlət başçısını təhqir etmək qanunla 3-14 il arası cəza tələb edir. Həmin ölkələrdə buna görə həbsxanalarda yüzlərlər insanlar cəza çəkir. Heç olmasa, çirkin əməllərinizə haqq qazandırmayın. Könül verdiyiniz ABŞ dövlətinə, Qərbə bircə dəfə sual etmədiniz: “Avstraliyada 50 müsəlanı qətlə yetirən terroçu ilə bağlı nə üçün ortaya mövqe qoymadınız? Nə üçün onu sadəcə “qatil” adlandırdınız? Və terrorçunu müdafiə edən avstraliyalı deputat beynəlxalq təşkilatlarda təmsil olunaraq, ölkələr haqqında çıxarılan qətnamələrə nə üçün imza atır? Qınamırıq, heç bunu siz özünüz etmədiniz. Ki… hakimiyyətə gəlmək üçün yeri gəlsə, terrora əl atmaq sizin də istəyinizdir. Hay gördünüz ha…  

Samir FEYRUZ

Həmçinin oxuyun

“Onlar 26 ildir qorxaq, qaçan, vuruşmayan azərbaycanlı obrazı yaratmışdılar”

“Paşinyan deyir ki, əks-həmlə ilə məsələni həll edəcəyik. Adam (elə deyək) rəsmən müharibənin davamı üçün …