Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Əfsanəvi “CinemaPlus Azerbaijan” kinoteatrının təntənəli açılışı baş tutub – FOTO + VİDEO

Əfsanəvi “CinemaPlus Azerbaijan” kinoteatrının təntənəli açılışı baş tutub – FOTO + VİDEO

Bir müddət öncə fəaliyyətini dayandıran əfsanəvi “CinemaPlus Azerbaijan” kinoteatrının yanvarın 21-də təntənəli açılışı baş tutub.

 Azinforum.Az xəbər verir ki, gecənin qonaqları yerli ulduzlar, sahibkarlar, iri təşkilat rəhbərləri, aktyorlar, ifaçılar, televiziya aparıcıları, rejissorlar, prodüserlər, bloqqerlər, bomond və KİV nümayəndələri olublar.

Kinoteatrın qarşısında nəhəng tent quraşdırılıb və milli yeməklərdən ibarət furşet təşkil olunub. Gecənin ən yaddanqalan anı musiqiçilərin ifaları olub, hansı ki, milli nağara klassik Azərbaycan musiqisi ilə uyğunlaşdırılıb.

Açılışda “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə qeyd edib ki, əfsanəvi kinoteatrın məhz “CinemaPlus” tərəfindən yenidən istifadəyə verilməsi ilə fəxr edir. Həmçinin qonaqları “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktorunun müavini Cəfər Axundzadə salamlayıb.

Fəxri qonaq qismində Azərbaycan Respublikasının Xalq artisti və Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova olub. O, kinoteatrın tarixçəsinə dair öz xatirələrini bölüşüb:

“Mən, əminəm ki, bu kinoteatr çox uğurlu olacaq. Çünki məhz burada biz ən yaxşı və ən maraqlı filmləri izləmişik. Çox istərdim ki, tamaşaçılar zəngin tarixi olan kinoteatra gəlsinlər. Əminəm ki, bura necə bizim sevimli yer olacaqsa, elə də sizin sevimli yeriniz olacaq!”.

Tədbir, rejissoru Emir Kusturitsa olan “Səma yolu ilə” filminin premyerası ilə başa çatıb. Rejissor məhz özü də filmdə məşhur italyan aktrisa Monika Belluççi ilə birgə baş rolu oynayıb. Film Bosniya müharibəsi dövründə yaşanmış məhəbbət tarixçəsindən bəhs edir.

Qeyd edək ki, kinoteatr dünya stardartlarına cavab verən 2 mərtəbədən ibarətdir. 3 zal və 190 oturacaq yeri var. Zallar rahat və yüksək keyfiyyətli kreslolar ilə təchiz olunub.

Xüsusi zövq ilə layihələndirilmiş VIP zalda tamaşaçılar ayrıca masası olan kreslolarda film izləmək və VIP-bar xidmətlərindən istifadə edə bilərlər.

Bundan əlavə, kinoteatrda birinci mərtəbədən ikinci mərtəbəyə qalxmaq üçün xüsusi liftlər quraşdırılıb. Onların köməyi ilə həm VİP zalın tamaşaçıları növbə gözləmədən zala daxil ola, həm də fiziki qüsurlu insanlar əlil arabaları ilə rahat şəkildə ikinci mərtəbəyə qalxa bilərlər.  Həmçinin əlil arabaları üçün zallarda xüsusi yerlər quraşdırılıb.

Popkornsuz və soyuq içkilərsiz film izləmək təsəvvüredilməzdir. Kinoteatrda 4 növdə popkorn, şəkərli pambıq, buzlu alkoqolsuz kokteyllər və başqa içkilər təklif olunur.

Tədbirin həyata keçirməsində dəstək olan şirkətlər: “Amapola Exclusive Events”, dublyaj studiyası “Cinemazadeh”, “Cinema Distribution” və “TNT”.

Məlumat üçün bildirək ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsinə “CinemaPlus 28 Mall”, “CinemaPlus Ganjlik Mall”, “CinemaPlus Aygün City”, “CinemaPlus Amburan Mall” və Gəncə şəhərində yerləşən “CinemaPlus Khamsa” daxildir.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın