Cümə axşamı , Oktyabr 17 2019
Ana səhifə / Siyasət / Əfqan Muxtarlı ev dustaqlığına buraxılmadı

Əfqan Muxtarlı ev dustaqlığına buraxılmadı

Bu gün Nəsimi rayon Məhkəməsində həbsdə olan jurnalist Əfqan Muxtarlının ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Məzahir Pənahovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən Əfqan Muxtarlının vəsatəti təmin edilməyib və o, həbsdə qalıb.

Rəsmi məlumata görə, Əfqan Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə. Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb. Ona Cinayət Məcəlləsinin CM-nin 318-ci (Dövlət sərhədinin qanunsuz olaraq keçmə) və 206-cı (qaçaqmalçılıq), 315-ci maddəsi (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.

Səbail rayon Məhkəməsində Əfqan Muxtarlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Əli Kərimli Navalni yolunu gedir

Əli Kərimli Navalni yolunu gedir. Bu açıq şəkildə görünür. Ötən ay Rusiyada Moskva Dumaslna və …

Bir cavab yazın