Cümə , Avqust 7 2020
Ana səhifə / Siyasət / Ədalət Vəliyev daha bir partiya sədrini Prezident Administrasiyasında qəbul edib

Ədalət Vəliyev daha bir partiya sədrini Prezident Administrasiyasında qəbul edib

“Bu gün Prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyinin bütün sahələrini əhatə edən siyasi islahatlar aparılır”.

Bu sözləri Musavat.com saytına müsahibəsində Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov deyib:

Sübut Əsədov: Tofiq Yaqublunun həbsini siyasiləşdirmək yolverilməzdir

Sübut Əsədov

“Məlum olduğu kimi, bu gün Azərbaycanın dünya birliyində daha da güclənməsi istiqamətində mühüm addımlar atılır. Belə ki, COVİD-19 pandemiyasının BMT-nin Baş Assambleyasında 130-dan çox dövlət tərəfindən müzakirəyə çıxarılması dəstəkləndi. Bu təşəbbüsün dəstəklənməsi beynəlxalq birliyin Azərbaycana və onun liderinə olan hörmət və ehtiramından irəli gəlir. Bu gün cəmiyyətimizin bütün üzvlərini əhatə edən dövlət proqramlarının və sosial yönümlü layihələrin həyata keçirilməsində Prezident İlham Əliyevin və I Vitse-Prezident Mehriban Əliyevanın xüsusi xidmətləri vardır. Prezident Administrasiyası şöbə müdirinin qeyd etdiyi kimi, bu gün iqtidar-müxalifət arasında yaxınlaşma və sağlam əməkdaşlıq şəraiti yaranıbdır. Bu kimi görüşlərin keçirilməsi davamlı xarakter almalıdır”.

Daha sonra “Siyasi Partiyalar və Qanunvericilik Hakimiyyəti İlə Əlaqələr” şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşünün günümüzün tələbi olduğunu söyləyən Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov belə görüşlərin Azərbaycanda iqtidar-müxalifət münasibətlərinin sağlam zəmində qurulmasına xidmət etdiyini vurğulayıb:

“Bilirsinizmi, cəmiyyətdə mövcud olan siyasi qüvvələrin siyasi dialoq, milli dövlətçilik məsələləri ətrafında əməkdaşlıq mühitinin möhkəmlənməsi Azərbaycanda iqtidar-müxalifət münasibətlərinin sağlam zəmində qurulmasına xidmət etməkdədir. Biz “ARP” olaraq pandemiya dövründə dövlət başçısının siyasətini yaxından izləyir və dəstəkləyirik. Azərbaycan Respublikaçılar Partiyası dövlətçiliyin möhkəmləndirilməsi üçün birgə əməkdaşlıq etməklə səylərin artırılmasını vacib sayır”.

S. Əsədov saytımıza müsahibəsində, həmçinin ARP-nın pandemiya dövründə cəmiyyətin maarifləndirilməsi yönümündə dövri mətbuat, sayt və dövlət qəzetlərində vətəndaş məsuliyyətinin və ictimai nəzarətin həyata keçirilməsi üçün mütəmadi çıxışlar etdiyini xüsusi vurğulayıb.

ARP sədri, eyni zamanda qeyd edib ki, ölkədə yaradılan yeni siyasi konfiqurasiyanın formalaşmasını yüksək qiymətləndirir:

“Bu prosesin demokratik dəyərlərin möhkəmləndirilməsi, siyasi mədəniyyətin yüksəlməsinə xüsusi dəstək olacağına əminliyimi bildirirəm. Ölkədə bütün siyasi qüvvələrin ümummilli məsələlərdə, dövlətçiliyin möhkəmlənməsində bir güc kimi olması çox vacibdir”.

Sonda Sübut Əsədov Azərbaycan Respublikaçılar Partiyasının Qurultayının keçirilməsi ilə əlaqədar Təşkilat komitəsinin yaradıldığını, qurultayın avqust-sentyabr ayları ərzində videokonfrans formatında keçirilməsinin nəzərdə tutulduğunu da qeyd edib.

Həmçinin oxuyun

Prezident AZAL-ı tənqid etdi: “Bəs, bunun gəliri haradadır?”

“AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi …