Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Siyasət / Əbdürrəhman Vəzirov Ramiz Mehdiyevdən DANIŞDI

Əbdürrəhman Vəzirov Ramiz Mehdiyevdən DANIŞDI

Azərbaycan siyasi sistemində müəmmalı şəxslərdən olan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı hər bir məlumat maraqla qarşılanır. 


Son günlər ölkə mətbuatında  Ramiz Mehdiyevin Azərbaycana rəhbərlik etmiş, Kommunist Partiyasının sabiq 1-ci katibi Əbdürrəhman Vəzirovla yaxın olması ilə bağlı iddialar səslənir. Bildirilir ki,  Ə.Vəzirov  hakimiyyətə gələn kimi ilk plenumda R.Mehdiyevin tutduğu vəzifədən uzaqlaşdırılması təklif olunur. Heydər Əliyevin yaxşılıqlarına baxmayaraq, həmin plenumda Ramiz Mehdiyev  “Mən Heydər Əliyevin adamı olmamışam”, “Mən heç zaman Heydər Əliyevin ideologiyasını dəstəkləməmişəm”, “Həmişə sizin kimi təmiz insanın Azərbaycana rəhbərlik etməyini təqdirəlayiq bilmişəm” kimi fikirlər işlədib.


Məsələyə aydınlıq gətirməsi üçün Unikal.org-un əməkdaşı hazırda Rusiyada yaşayan Əbdürrəhman Vəzirovla əlaqə saxlayıb. 


Sabiq birinci katib deyilənləri müvəqqəti oyun adlandırıb: “Ramiz Mehdiyev mənim özümə bu sözləri heç vaxt deməyib. Lakin eşitdiyimə görə, o, bir müddət başqalarının yanında belə ifadələr işlədib. O, sözsüz ki, Heydər Əliyevə yaxın insan olub. Buna şübhə də yox idi”. 

Həmçinin oxuyun

Georgi Vanyan İlham Əliyevə və Nikol Paşinyana çağırış etdi

Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri, tanınmış erməni hüquq müdafiəçisi Georgi Vanyan Azərbaycan Prezidenti İlham Əliyevə …